“Əhmədli”də acınacaqlı mənzərə - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər həftənin şənbə-bazar günləri təşkil edilən kənd təsərrüfatı məhsulları yarmarkasından sonra dəhşətli mənzərə yaranır - meyvə-tərəvəz qalıqları, zibil tullantıları küçə boyu səpilir.
Milli.Az-ın virtualaz.org-a istinadən məlumatına görə, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ("Əhmədli" metro stansiyası, "Bakı" kinoteatrının yanı) meyvə qalıqlarından keçilməz olur.
"Küçə boyu səpələnmiş tullantıları toplayıb daşımaq əvəzinə binaların həyətinə, ağacların dibinə atırlar. Üfunətdən nəfəs almaq mümkün deyil", - sakinlər şikayətlərində bildiriblər.
Onların sözlərinə görə, antisanitariya səbəbindən binaların blokları siçovul yuvasına çevrilib.
"Yarmarkada diri toyuq-cücə satılır, onları elə küçədəcə kəsirlər, içalatını torbaya yığıb ağacın dibinə atırlar. Eləcə də, balığı piştaxtanın üstündə təmizləyirlər, içalatını köhnə vannalara yığırlar", - yaxılıqdakı binanın sakini Allahverdi Musayev söyləyib.
Şikayətçilər deyir ki, yarmarka açılandan ərazi sahibsiz heyvanların məskəni olub.
"Küçədəki bu vəziyyətlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə şikayət etmişik. Hələlik heç bir tədbir görülmür".
Başqa bir sakin isə bildirir ki, yarmarkanın fəaliyyət göstərdiyi günlər binaların qarşısı keçilməz olur. Həm satıcılar, həm də alıcılar maşınlarını həyətlərdə saxlayırlar. Bəziləri isə elə binanın həyətində piştaxta qoyub meyvə satır. Dəfələrlə narazılıq yaransa da, bu vəziyyətin qarşısını almaq mümkün olmur.
"Yağış yağandan sonra vəziyyət daha dözülməz olur, tullantılar palçığa qarışır", - sakinlər əlavə ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
XƏBƏR LENTİ
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)
-
Şəkidə avtomobil dərəyə aşdı - Ölən və yaralananlar var





