Trend-in məlumatına görə, "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanunun icrası ilə əlaqədar Təhsil Nazirliyinin müvafiq işçiləri təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin siyahısını hazırlayıb rəhbərliyə təqdim etməlidirlər.
Təhsil sahəsinin inkişafında xüsusi xidmətləri olan 65 yaşına çatmış işçilərin çalışma müddətinin qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadılması ilə əlaqədar təkliflər hazırlanmalıdır. Təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı aşağıdakı bır sıra meyarlar nəzərə alınacaq. Həmin meyarlara görə, çalışma müddət uzadılan təhsil işçiləri haqqında son 1 ildə intizam tənbehi tədbirləri tətbiq edilməməli, elmi dərəcə və ya elmi adı olmalı, dövlət təltifi ilə təltif edilməli, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməli, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmalıdır.
Eyni zamanda, işçilərin çalışma müddəti müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda uzadıla bilər. Həmin şəxslər işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olmalıdırlar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə taşırılıb ki, müəyyənləşdirilmiş meyarlar nəzərə alınmaqla təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması ilə əlaqədar məsələləri qanunvericiliyə uyğun həll etsinlər və nəticələr barədə Təhsil Nazirliyinə məlumat təqdim etsinlər. Təhsil müəssisələrində 65 və ondan yuxarı yaş həddində olan təhsil işçilərinin siyahısını hazırlasınlar, əmək məzuniyyətindən qayıtdıqdan sonra onlarla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar tədbirləri həyata keçirsinlər.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycanda təhsil işçilərinin çalışma müddətinin uzadılma meyarları açıqlanıb
22 İyul 2011 14:56
Baxış: 400

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Bu gün həyat sizdən daha diqqətli olmağı tələb edir
-
İşdən qanunsuz çıxarılmış 43 nəfər işinə bərpa olundu
-
Günün qoroskopu: Sözləriniz bu gün güllə kimi ola bilər
-
Çimərliklərdə uşaqlar arasında infeksiya yayılıb? - Rəsmi
-
Bu meyvə UCUZLAŞACAQ - SƏBƏB
-
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab çap olundu - FOTO
XƏBƏR LENTİ
-
Qabiliyyət imtahanının nəticələri açıqlandı
-
Bakı metrosunda doğulan uşağa güzəşt və imtiyazlar olacaq - YENiLƏNİB
-
Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi
-
Azərbaycan və Ermənistanın Vaşinqtonda imzalayacağı saziş sülh müqaviləsinin başlanğıcı olacaq - Rubio
-
Ələt Azad İqtisadi Zonasında tikilən hava limanı üzrə son işlər açıqlandı
-
Avropa Liqasında bu nəticələr qeydə alındı
-
Bu günün valyuta məzənnələri
-
Bu da Natavanın VİLLASI - VİDEO
-
Bakıda moteldə yanğın olub - VİDEO
-
Avqustun 9-da baş tutacaq Ayın dolması bu bürclərin həyatını dəyişəcək
-
Cinsiyyət dəyişdirən türkiyəli məşhurlar - SİYAHI
-
Qəhvə ilə bağlı deyilənlər mif imiş
-
Məşhur antidepressantın satışı dayandırıldı - Təhlükəli maddə aşkarlandı - FOTO
-
Tramp: Sabah Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq
-
İillərdir Sibel Can adı ilə tanınırdı - Əsl soyadı üzə çıxdı
-
İngiltərədə təhlükəli kosmetik prosedurlara qarşı mübarizə: Hökumət sərt tədbirlər planı açıqladı
-
Ölümcül beyin xəstəliklərinə qarşı yeni ümid! - Bu kəşf körpələrin həyatını qurtara bilər!
-
Araşdırma: Kartof qızartması tip 2 diabet riskini artırır
-
Kondisioner filtrləri təhlükə saçır – Ölümcül bakteriya yayılıb
-
“Sabah” Bolqarıstanda məğlub oldu
-
Ermənistan İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı şərtlərini qəbul edir
-
İlham Əliyev və Paşinyanın Vaşinqtonda Birgə Bəyannamə imzalayacağı gözlənilir - YENİLƏNİB
-
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in baş katibinə müraciət edəcək
-
Günün qoroskopu: Bu gün həyat sizdən daha diqqətli olmağı tələb edir