Çaytikanı yağının çoxşaxəli təsiri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Zahiri görkəmi ilə murdarçanı xatırladan çaytikanı əsasən çaylaq yerlərdə, çay və göl kənarlarında bitir, meyvələri ananas dadı verir. Quşlar onun meyvələrini xüsusilə çox sevirlər. At və qoyunlar çaytikanı yarpağı yeyəndə onların tükü və yunu parlaq olur. Meyvələrindən jele, kisel, kompot, şirə və mürəbbə hazırlanır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, işıqsevən və soyuğadavamlı bitki olan çaytikanının 45 dərəcə və hətta ondan da aşağı şaxtaya davamlılığı onun şimal regionlarında yetişməsinə imkan verir. Bol orqanik maddələr və fosfor olan yumşaq torpaqlarda daha yaxşı yetişir. Bitkinin meyvə və yağının şəfaverici xüsusiyyəti aşkar olunandan sonra plantasiyalarda da yetişdirilməyə başlanılıb.
Tərkibindəki bioloji aktiv maddələr dəri yanıqları zamanı regenerasiya prosesini sürətləndirir. Çaytikanı yağının tərkibindəki sterin maddəsi yaranın sağalmasını sürətləndirir. Çaytikanı yağı antibakterial təsirə malik olduğuna görə onun preparatları qızılı stafilokok, eşerixiya, protozoyların və hemolitik streptokokların inkişafına mane olur. Tərkibindəki tokoferol maddəsi sayəsində qaraciyərin lipid-maddələr mübadiləsinə təsir edir, lipidlərin hüceyrə membranında oksidləşmə-reduksiya proseslərinə təsir edərək bioloji membranı kimyəvi amillərin təsirindən qoruyur.
Çaytikanı yağının istifadəsi yanıqda, trofik yara və ölü dəri epitelizasiyasına yardım edir, yataq yarası, irinli yaraları tez sağaldır. Ginekologiyada uşaqlıq boynunun eroziyası, digər iltihabi xəstəliklər zamanı tətbiq edilir. Göz yanıqlarında terapevtik effektivliyə malikdir. Regenerativ tərkibinə görə oftalmologiyada gözün buynuz qişanın infiltirat dərəcəsini aşağı salmaq üçün çaytikanı yağından istifadə edilir. Çaytikanı yağı mədənin və onikibarmaq bağırsağın xorasının müalicəsində yüksək səmərə verir və mədə turşusunun tərkibi dəyişmir.
Lakin kəskin xolesistit, hepatit, pankreatit və digər mədəaltı vəzi xəstəliklərində, ishala meyillilik zamanı ondan istifadə etmək olmaz. Hiperasid qastritdə mədə şirəsinin sekresiyasını artırdığına görə çaytikanı yağından istifadə etmək əks göstərişdir.
Yaxşı yetişmiş meyvələr suyun içinə qoyularaq zəif ocaqda 20 dəqiqə bişirilir, əzilir, süzgəcdən keçirilir, öz çəkisi qədər şəkər tozu əlavə edilir, ağzı bağlı qabda saxlanır, yorğunluq və ümumi halsızlıq zaman jele şəklində qəbul edilir. Çaytikanı yağı kamfora yağı ilə qarışdırılandan sonra sinə və kürək nahiyəsi ovulur.
Yarım stəkan çaytikanı yağı 2 xörək qaşığı kamfora yağı ilə qarışdırılıb axşamlar içilməsi çətin sağalan və hətta ağır xəstəlikdən sonra qalan öskürək zamanı tətbiq edilir.
500 qr süd və 4-5 xörək qaşığı çaytikanı ləti mikserlə qarışdırılır, şəkər tozu qatılır, iri qədəhlərdə süfrəyə verilir. 3 stəkan çaytikanı ləti, 50 qram bal, yarım stəkan nanə dəmləməsi və 1 stəkan su qarışdırılaraq soyuducuda 2 saat saxlanandan sonra süfrəyə verilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO
-
Türk xanımın azərbaycanlı taksi sürücüsü barədə dedikləri VİRAL OLDU: "Həyatım boyu unutmayacağam" - VİDEO
-
Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə veriləcək
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq OLUNUR?
XƏBƏR LENTİ
-
Magistraturalara qəbul imtahanının ikinci cəhdi keçirildi
-
Sağlamlığa ən az ziyan vuran çörək BUDUR
-
“Bavariya”dan yeni REKORD
-
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
Afət Kəmalə Günəşlinin həmin VİDEOsundan danışdı
-
Sabah da intevsiv yağış yağacaq
-
İlham Əliyev Oljas Süleymenovu təbrik edib
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
WUF13-də Vətəndaş Təşəbbüsləri və Vətəndaş Cəmiyyəti Təşkilatlarının Assambleyasının açılış sessiyası keçirilir
-
Bakı beynəlxalq miqyasda digər şəhərlərə nümunə ola bilər - CAR rəsmisi
-
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Türk müğənni qalmaqallı bələdiyyə sədrinə ƏRƏ GEDİR - FOTO
-
Ağır QƏZA: 3 ölü və yaralılar var - FOTOlar
-
İntensiv yağışın fəsadları aradan qaldırılır - FOTO
-
Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib - Anar Quliyev
-
Mourinyo "Real" üçün "Barselona"nın bu oyunçusunu İSTƏYİR
-
Pakistanlı nazir: Azərbaycan qlobal şəhərsalma həllərində liderlik nümayiş etdirir
-
WUF14 Mexikoda keçiriləcək
-
Kəmalə Günəşlinin arxiv VİDEOsu yayıldı: "Yenə pul qoyurdular..." - VİDEO
-
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
-
Türk məşhur Sumqayıta gəlib, izləyicilərini Afrikadadır deyə, ALDATDI - FOTOlar
-
AZAL: Naxçıvan Beynəlxalq Hava Limanı ilə bağlı yayılan görüntülər həqiqət deyil - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO
-
Dayanıqlı şəhərlər və zəlzələyə davamlı infrastruktur prioritetdir - Yaponiya rəsmisi





