Cəmiyyət

Bu il 2 mindən çox insan daimi yaşamaq üçün Azərbaycana gəlib

16 Oktyabr 2017 22:06
3 Şərh     Baxış: 1 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-avqust ayları ərzində 2080 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycandan gedən 1202 nəfər qeydə alınıb.

Beləliklə, ölkə üzrə miqrasiya saldosu müsbət 878 nəfər təşkil edib.

Qeyd edək ki, 7 ayın statistikasına görə isə Azərbaycana daimi yaşamaq üçün 1782 nəfər gəldiyi bildirilib.

Həmin müddət ərzində (yanvar-iyul) 1002 nəfər isə Azərbaycandan gedib. 7 ayın miqrasiya saldosu müsbət 780 nəfər təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.