Cəmiyyət

Bənövşə yağının faydaları

15 Oktyabr 2017 21:20
0 Şərh     Baxış: 4 219
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Təbii olaraq əldə edilən bir çox yağın dəri xəstəliklərinə qarşı yaxşı təsir etdiyi məlumdur. Xüsusilə dəri qızarıqları və qaşıntı kimi problemlərin aradan qaldırılmasında istifadə edilir. Bənövşə yağı mikrob təmizləyici və nəmləndirici xüsusiyyəti sayəsində saç köklərinin canlanmasını təmin edir və saçların sürətli uzanmasında təsirlidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, soyuqdəymə və ya qrip kimi problemlərin müalicəsində də istifadə edilə bilər.
Əsəbilik halında sakitləşmək üçün bənövşə yağı istifadə edilə bilər. Rahatlaşdırıcı təsiri sayəsində sakitləşmə təsiri verir və stressi aradan aparır. Yuxusuzluq probleminə qarşı yaxşı təsir göstərir və gecə ərzində rahat yuxu ilə təmin edir.
 
Baş ağrısı problemlərinin olduğu zaman bənövşə yağı ilə alın bölgəsinə masaj edilməsi tövsiyə edilir. Eyni zamanda buxar maşınının içərisinə bir neçə damla bənövşə yağı töküb buxarı ilə nəfəs almağınız faydalıdır.
Dəridə ola biləcək mikrob və ya iltihab vəziyyəti varsa, yaxşılaşmanı sürətləndirir və ya bölgəni iltihabdan təmizləyir. Bunu da tərkibində olan antiseptik xüsusiyyəti sayəsində edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.