Cəmiyyət

Müəllimlərə şad xəbər - yeni tədris ilində güzəştli kartlar VERİLƏCƏK

13 Avqust 2025 13:48
Baxış: 499
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaxın vaxtlarda Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu tərəfindən təhsil işçiləri üçün yeni çoxfunksional kart istifadəyə veriləcək. Kart sahibi onu əməkhaqqı kartı, giriş/çıxış kartı, debet kartı, apple pay və google pay ödənişləri, nağdsız ödənişlər üçün istifadə edə biləcək, "Mastercard priceless specials" platforması çərçivəsində müxtəlif endirimlərdən yararlana biləcəklər.

Milli.Az xəbər verir ki, bu barədə modern.az-ın güzəştli kartlarla bağlı Təhsilin İnkişaf Fonduna ünvanladığı sorğuya cavab olaraq bildirilib.

Qeyd edilib ki, hazırda kartın texniki detalları üzərində işlər aparılır.

Qurumdan verilən məlumata görə, bundan əvvəl ali təhsil müəssisələrinin professor-müəllim heyəti ilə görüşlər təşkil edilib və qarşılıqlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

Əlavə olaraq qeyd edilib ki, məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulan kart pillələr üzrə yeni tədris ilindən etibarən istifadəyə veriləcək.

"İstiqamətlərimizə kafe və restoranlar, iaşə obyektləri, geyim və ərzaq mağazaları, gözəllik, sağlamlıq və tibbi xidmət mərkəzləri və s. daxildir", - Təhsilin İnkişaf Fonduna bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.