Cəmiyyət

Şamaxı Safari Parkı ilə maraqlananların sayı artıb - REPORTAJ - VİDEO

7 Oktyabr 2017 21:12
0 Şərh     Baxış: 13 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şamaxı Safari parkı yaxın günlərdə tam istifadəyə veriləcək. 480 hektarlıq ərazini gəzmək uşaqlar üçün pulsuz olacaq. Əməkdaşımız Rəşad Əşrəfov bu gun həmin parkda olub və maraqlı görüntüləri lentə alıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, parka gələn turistlər burada vəhşi heyvanları görə, onların şəkillərini çəkə və ətraflı məlumat ala bilərlər.
Vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından genetik qiymətli heyvanlar gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılıb.
Park açılandan bəri maraqlananların sayı artıb. Safari parkının rəhbirliyi bildirir ki, turist qəbulu üçün hazırlıqlar tamamlanmaq üzrədir.
Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilib. Onların qidalanmasına da diqqət edilir.
Safari parkına giriş ödənişli olacaq. 6 yaşa qədər pulsuz, 16 yaşına qədər olan uşaqlara isə 50 faiz endirim olacaq.
Hazırda parkda 800-dən çox heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Yeni yaradılan Şamaxı Safari Parkı ilə maraqlananların sayı artıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.