Cəmiyyət

Bakı Məktəb Lisey Kompleksinin direktoru işdən çıxarılıb? - RƏSMİ CAVAB - FOTO

20 Sentyabr 2017 13:38
3 Şərh     Baxış: 3 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) direktorunun işdən çıxarıldığı barədə məlumatlar yayılıb.

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, məlumatlarda bununla bağlı valideynlərin etiraz aksiyası keçirəcəyi bildirilib.

Valideynlər məktəb lisey kompleksinin direktoru Qafar Hüseynov vəzifəsinə bərpa olunmasa, övladlarını məktəbə qoymayacaqlarını qeyd ediblər.

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır. İdarədən qeyd olunub ki, direktor hazırda fəaliyyətdədir: "Sadəcə, Qafar Hüseynov səhhəti ilə bağlı bülletendədir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.