Cəmiyyət

Qulağın arxasında yaranan şişlər nə məna verir?

21 Sentyabr 2017 22:45
2 Şərh     Baxış: 81 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qulaq orqanı, xüsusiyyətinə görə ən çox diqqət ediləsi duyğu orqanlarımızdan biridir. Bəzi qulaq narahatlıqları eşitmə keyfiyyətini poza biləcək, hətta eşitməyə maneə törədəcək narahatlıqlara səbəb ola bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qulaqiçi iltihablanma olduqda orta qulaqda ağrı hiss edilir. Qulaq arxasında yaranan şişkinlik isə ümumiyyətlə bədəninizdə infeksiya olduğuna işarədir.
 
Uzun müddət boyunca qulağınızın arxasında şişkinlik varsa, bu hal gələcəkdə cərrahi müdaxilə tələb edə bilər. Buna görə mənfi nəticələr ilə qarşılaşmamaq üçün mütləq həkimə müraciət etmək lazımdır.
 
Boyun və baş bölgəsində limfa düyünləri var. Bu limfa düyünləri bədəndə ola biləcək dəyişikliklərdə ən həssas bölgələr olduğundan, ümumiyyətlə narahatlıqların əlaməti limfa düyünləri ilə meydana gəlir. Qulağın arxasında yaranan şişlərdə də limfa düyünləri böyük rol oynayır. Limfa düyünləri, xüsusilə infeksiya olan hallarda topa şəklində şişir.
 
Bakteriya və viruslar bədəndə infeksiyaya səbəb olubsa, qulağın arxasında ya da bədənin fərqli bir bölgəsində topa halında ola bilər. Əslində bədəniniz sizə xəbərdarlıq edir. Qısa müddətdə müalicə olmaq üçün həkimə müraciət edilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.