Rusiyaya ilk dəfə qatarla gedən azərbaycanlı milyarder - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Haqqında bəhs edəcəyimiz növbəti azərbaycanlı milyarder, Rusiyanın "Konrad" Şirkətlər Qrupunun prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişovdur.
Vaqif Məmişov kimdir?
Yəqin çox az adam bilir ki, hamının Gürcüstan azərbaycanlısı kimi tanıdığı Vaqif Məmişov Masallı rayonunda anadan olub. 54 yaşlı iş adamı Masallı rayonunun mərkəzində dünyaya göz açıb. Masallı rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən evlərinə köçmələrinə səbəb isə pedaqoji fəaliyyətlə məşğul olan atasının Masallıya müəllim kimi təyinat alması olub.
Milli.Az bizplus.az-a istinadən bildirir ki, ali təhsil almaq arzusunu çox gec reallaşdıran V.Məmişov yolunu Leninqrad Avtomobil Nəqliyyatı Texnikumundan salır. 1988-ci ildə isə oranı nəqliyyatçı ixtisası üzrə bitirir. Karyera zirvəsinin pik nöqtəsində köhnə arzusunu gerçəyə çevirir və bu dəfə səsi Rusiya DİN-nin Sankt-Peterburq Akademiyasından gəlir. 1999-cu ildə oranı huquqşünas kimi bitirir.
Sərvəti milyardı ötür

Gənc yaşlarından özünü Rusiyada sınamağa qərar verən Vaqif Məmişovun arzusu qısa müddətə reallaşır. Düzdür, yaxınları iddia edir ki, V.Məmişovun biznes karyerası heç də hamar olmayıb. O, bu səviyyəyə çatana qədər çox böyük çətinliklərdən keçib. Amma gerçəklik ondan ibarətdir ki, Vaqif Məmişov öz adını "Forbes"in milyarderlər siyahısına yazdırıb. Sankt-Peterburq şəhərində isə "ən imkanlı azərbaycanlı" sayılır. Onun rəhbəri olduğu "Konrad" Şirkətlər Qrupu Moskva və Sankt-Peterburqda iri sənaye müəssisələrini özündə birləşdirir. Minlərlə işçinin çalışdığı kompaniyanın direktorlar şurasının sədridir. Eyni zamanda Rusiya Prezidentinin səlahiyyətli numayəndəsi yanında İqtisadi Ekspert Şurasının üzvüdür. Yəni Rusiyanın iqtisadi baxımdan idarə olunması prosesində də yaxından iştirak edir.
Sankt-Peterburq azərbaycanlılarının ağsaqqalı: Diaspor rəhbəri

Vaqif Məmişov sahibkarlıq fəaliyyəti ilə yanaşı ictimai fəaliyyəti də heç zaman diqqətdən kənara qoymayıb. Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri olan V.Məmişov vaxtaşırı olaraq Azərbaycanla bağlı tədbirlərə ya təşkilatçılıq edir, ya da bu tədbirlərdə yaxından iştirak edir. Sankt-Peterburq şəhər rəhbərliyi ilə sıcaq münasibətlərə malik Vaqif Məmişov Rusiyada keçirilən seçkilərdə də fəal iştirak edir. Rusiyada yaşayan həmyerlilərimiz arasında təbliğat işi faktiki olaraq ona həvalə olunub. Təsadüfi deyil ki, məhz bu fəaliyyətinə görə, şəhər rəhbərliyi onu 1996-cı ildə "Vətən qarşısında xidmətinə gorə" II dərəcəli ordenlə və "Sankt-Peterburqun 300 illiyi" xatirə medalı ilə təltif edib.
Azərbaycanı unutmayan və Azərbaycanın da unutmadığı iş adamı...

Vaqif Məmişov Rusiya ilə Azərbaycan arasında dostluqq münasibətlərinin yaranmasındakı ximətlərinə görə, Cənab Prezident İlham Əliyevin 16 mart 2006-cı il sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Deyilənə görə, iş adamı mütəmadi olaraq Azərbaycanda olur və ölkəmizdə keçirilən tədbirlərdə də yaxından iştirak edir.
Sonda qeyd edək ki, Vaqif Məmişovun iki qızı və bir oğlu var. Hər üçü Rusiyada yaşayır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO
-
Türk xanımın azərbaycanlı taksi sürücüsü barədə dedikləri VİRAL OLDU: "Həyatım boyu unutmayacağam" - VİDEO
-
Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə veriləcək
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq OLUNUR?
XƏBƏR LENTİ
-
Magistraturalara qəbul imtahanının ikinci cəhdi keçirildi
-
Sağlamlığa ən az ziyan vuran çörək BUDUR
-
“Bavariya”dan yeni REKORD
-
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
Afət Kəmalə Günəşlinin həmin VİDEOsundan danışdı
-
Sabah da intevsiv yağış yağacaq
-
İlham Əliyev Oljas Süleymenovu təbrik edib
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
WUF13-də Vətəndaş Təşəbbüsləri və Vətəndaş Cəmiyyəti Təşkilatlarının Assambleyasının açılış sessiyası keçirilir
-
Bakı beynəlxalq miqyasda digər şəhərlərə nümunə ola bilər - CAR rəsmisi
-
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Türk müğənni qalmaqallı bələdiyyə sədrinə ƏRƏ GEDİR - FOTO
-
Ağır QƏZA: 3 ölü və yaralılar var - FOTOlar
-
İntensiv yağışın fəsadları aradan qaldırılır - FOTO
-
Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib - Anar Quliyev
-
Mourinyo "Real" üçün "Barselona"nın bu oyunçusunu İSTƏYİR
-
Pakistanlı nazir: Azərbaycan qlobal şəhərsalma həllərində liderlik nümayiş etdirir
-
WUF14 Mexikoda keçiriləcək
-
Kəmalə Günəşlinin arxiv VİDEOsu yayıldı: "Yenə pul qoyurdular..." - VİDEO
-
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
-
Türk məşhur Sumqayıta gəlib, izləyicilərini Afrikadadır deyə, ALDATDI - FOTOlar
-
AZAL: Naxçıvan Beynəlxalq Hava Limanı ilə bağlı yayılan görüntülər həqiqət deyil - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO
-
Dayanıqlı şəhərlər və zəlzələyə davamlı infrastruktur prioritetdir - Yaponiya rəsmisi





