Cəmiyyət

Zalımın 3 nişanəsi

17 Avqust 2017 22:15
2 Şərh     Baxış: 1 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmirəl-möminin (ə) buyurur: "Zalımın üç nişanəsi vardır: Ondan yüksəkdə olanlara müxalifət və itaətsizliklə zülm edər. Əlinin altında olanlara qəzəblə zülm edər. Zalımlarla həmkarlıq edər".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, o kəs ki, zalım ruhiyyəsinə malik olar, bu alçaq ruhiyyənin təsiri altında hər bir sahədə özünü göstərməyə çalışar. O kəslərə ki, itaət etməli və tapşırıqlarını yerinə yetirməlidir - onlara itaətsizlik edər və müxalifətlik edər. Əmrlərindən boyun qaçırdar.
 
O kəslər ki, əlinin altındadır və ondan asılıdırlar - onlara təzyiq göstərər və qəzəb edər. Güc və zorbalıq yolu ilə onları özünə tabe etməyə çalışar.
 
Öz dostlarını zalımlardan və özü kimilərdən seçər. O, hər bir halda zalımdır və bu ruhiyyəsini heç bir şəraitdə əldən verməz.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.