Vərəm xəstələri üçün qida və müalicə üsulları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnfeksion xəstəliklər barədə dolğun məlumat olmadığı dövrdə vərəmi yoluxucu hesab edirdilər. Onun yoluxucu təbiətə malik olmasını ilk dəfə 1879-cu ildə alman patoloqu Yulius Konheyn təsdiqləyib. 1882-ci ildə alman mikrobioloqu Robert Kox 17 illik axtarışdan sonra xəstələrin bəlğəmində vərəm çöpləri aşkar edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vərəmli xəstələrin çox tutumlu şəkildə və 2-3 saatdan bir qidalanması məsləhətdir. Onların rasionu daha çox yumurta, süd və süd məhsulları ilə zəngin olmalıdır. Əvvəl 2-3 stəkandan başlayaraq qəbul edilən südün miqdarı gün ərzində 1 litrə çatdırılmalıdır. Hər gün 5-6 ədəd boş bişmiş yumurta yeyilməli, yeməkdən əvvəl az miqdarda balla qarışdırılmış turp, kök və çuğundur şirəsi, yeməkdən sonra isə limon şirəsi ilə qarışdırılmış çiy yumurta sarısı qəbul etmək lazımdır. Qabıqla bişmiş kartofdan, fevral-iyun aylarında çiy kartof şirəsindən istifadə edilməli, xörək duzu menyudan tamamilə çıxarılmalıdır.
Ağ ciyər vərəminin müalicəsi üçün bir neçə reseptdən istifadə edilir. 30 qram supəncəsi üzərinə 1 litr üzüm şərabı əlavə edilərək ocaqda qaynadılır, soyudulur və hər gün 3-5 qədəh qəbul olunur.
Bir xörək qaşığı motmotu 1 stəkan qaynar suda 1 saat dəmlənilir və gündə üç dəfə stəkanın üçdəbiri qədər qəbul edilir.
Bərabər miqdarda qurdpəncəsi və biyan kökləri qarışdırılır, qarışıqdan 3 xörək qaşığına 0,5 litr qaynar su əlavə edilərək dəmlənilir, hər gün 5-6 dəfə 1 xörək qaşığı qəbul olunur.
Bərabər miqdarda zirə toxumu, adaçayı yarpağı və boymadərən otu qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan suda dəmlənilir, 2-3 ay gecə tərləmələrində içilir.
İniltili bəlğəm ifrazı zamanı 1 baş sarımsaq 100 qram paxla ilə qaynadılaraq gün ərzində iki dəfəyə qəbul edilir.
Bir neçə diş sarımsaq xırdalanaraq dərin qazanda az miqdarda su ilə zəif ocaqda 20 dəqiqə qızdırılır, ocaqdan götürülərək buxarı ilə 15 dəqiqə inhalyasiya edilir. Sonra isti bürünərək yatmaq məsləhətdir. Eyni vaxtda bərabər miqdarda bitki yağı ilə qarışdırılmış sarımsaq şirəsi ilə sinə və kürək nahiyələrinin masaj edilməsi də yaxşı təsir göstərir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bayrama yaxın heyvan QİYMƏTLƏRİ
-
Artıq taksilərdə də "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?
-
Ölkədə banklarla bağlı yeni QƏRAR
-
Şuşaya gedənlərin DİQQƏTİNƏ: 150 manat cərimə oluna bilərsiniz - YENİLƏNİB
-
Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə məlumatların təqdim edilməsi qaydasında dəyişiklik edilib
-
Masazır sakinləri pis qoxudan şikayətçidir - Çirkab suları Duz gölünə axıdılır?
XƏBƏR LENTİ
-
"İzzətin yanında mənə "Əməkdar artist" deməyin"
-
Arvadı Makronu təyyarədə sillələdi
-
Azərbaycan beynəlxalq axtarışa verilən Hindistan vətəndaşını təhvil verib
-
Bayrama yaxın heyvan QİYMƏTLƏRİ
-
Ərdoğan Qazaxıstana getdi
-
Artıq taksilərdə də "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?
-
Vaşinqtonun İran planı məlum oldu
-
Ölkədə banklarla bağlı yeni QƏRAR
-
Adnan Şensesin qızı vəfat etdi - FOTO
-
Şuşaya gedənlərin DİQQƏTİNƏ: 150 manat cərimə oluna bilərsiniz - YENİLƏNİB
-
"Ziraat Bank Azərbaycan" istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
-
Azərbaycanın yolunu kəsmək istəyənlərin "U" DÖNÜŞÜ - Prezident İlham Əliyev onlara siyasi dərs keçdi - VİDEO
-
Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə məlumatların təqdim edilməsi qaydasında dəyişiklik edilib
-
"Liverpul"da yeni mövsüm üçün baş məşqçi QƏRARI
-
Masazır sakinləri pis qoxudan şikayətçidir - Çirkab suları Duz gölünə axıdılır?
-
Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” ekoloji moda konsepsiyası ilə uğur qazandı - FOTO
-
Röya qaçhaqaçda! - VİDEO
-
AFFA Region Liqasının final oyununun vaxtı açıqlandı
-
Hava kəskin DƏYİŞİR: Güclü külək gəlir - XƏBƏRDARLIQ
-
64 yaşlı müğənninin səhnə geyimi MÜZAKİRƏ YARATDI - VİDEO
-
“Nar” WUF 13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif edib - FOTO
-
"Hədiyyələr alıb, soyunmağa məcbur edirdi" - Maykl Ceksonun "gizli ailəsi" danışdı - FOTO
-
Sabah 2 rayonun bəzi ərazilərində qaz KƏSİLƏCƏK
-
Mourinyonu “Real”ın baş məşqçisi kimi görmək istəmir





