Cəmiyyət

Avtomobil onun deyil: ama cərimələr ona yazılır - VİDEO

9 Avqust 2017 22:35
0 Şərh     Baxış: 1 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətəndaşın xəbəri olmadan avtomobil sənədləşdirilərək adına cərimələr göndərilir. Göndərilən radarlar o qədər çox olub ki, vətəndaşın ölkədən çıxışınada qadağa qoyulub.

Milli.Az bildirir ki, belə bir iddianı Bakı şəhər Keşlə qəsəbəsi Nizami Abdullayev küçəsi 4-44 ünvanında yaşayan Ramin Fərəcov səsləndirib. Onun sözlərinə görə 2014-cü ildən başlayaraq, daimi qeydiyyatda olduğu ünvana Dövlət Yol Polisi tərəfindən cərimələrin olmasına dair MMX protokolları gəlməyə başlayıb.

Bundan sonra, Ramin Fərəcov Baş Dövlət yol polisi idarəsinə müraciət edib.Oradan isə bildirilib ki,bu maşın Ramin Fərəcovun adınadır.

Şikayətçi iddia edir ki,kimsə onun avtomobilini adına rəsmiləşdirərək idarə edir. Məsələ ilə bağlı Baş Dövlət yol polisi idarəsinin sözcüsü Kamran Əliyevlə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, həmin avtomobil məhz Ramin Fərəcovun adınadır və o, 2009-cu il avqustun 5-də Dövlət yol polisinə öz ərizəsi ilə müraciət edərək bildiribki, özünün iştirakı olmadan maşın özgəniləşdirilməsin. Hazırda həmin avtomobilin ödənilməyən cərimələri ilə bağlı 2 qərar var və maşın saxlanılaraq duracağa yerləşdiriləcək. Avtomobil sahibinin icazəsi olmadan nəqliyyat vasitəsini idarə etməyə görə, habelə digər cərimələr dəbbə pulu ödənilmədən avtomobil buraxılmayacaq.

Maraqlısı budur ki, sürücü bildirir ki onun nə belə bir avtomobili yoxdur. Təbii olaraq olmayan avtomobil üçün başqa birinə etibarnamə də verməyib. Və bununla bağlı notariat xidmətinə də müraciət edib heç bir sənədin olmadığını təsdiqlədib. Ramin Fərəcov 2009-cu ildə Dövlət yol polisinə ərizə ilə müraciət etməsi iddiasını da təkzib edir. Görünür hansı tərəfin haqlı olmasını araşdırmaq üçün vətəndaş Dövlət yol polisinə dəvət edilməli və fakt üzbəüz yerində araşdırılmalıdır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avtomobil onun deyil: ama cərimələr ona yazılır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.