Cəmiyyət

Şəmkirdə 15 nəfər kababdan zəhərləndi - VİDEO - FOTO

23 İyul 2017 22:32
4 Şərh     Baxış: 2 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə kütləvi zəhərlənmə olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün təxminən 15 nəfərə yaxın uşaq, qadın və kişi zəhərlənmə əlamətləri ilə rayon infeksion xəstəxanasına və mərkəzi xəstəxanaya yerləşdiriliblər.
 
Onlardan bir nəfərinin, 1935-ci il təvəllüdlü Raya Əliyevanın vəziyyəti ağır olduğu üçün Gəncədə olan xəstəxanaların birinə aparılıb. Zəhərlənənlərin yaxınlarının sözlərinə görə, onlar Kür qəsəbəsində, Kür çayının sahilində olan restoranların birində ad günü mərasimində iştirak edib evə qayıtdıqdan sonra zəhərlənmə əlamətləri hiss ediblər. Zəhərlənmənin kababdan baş verdiyi ehtimal edilir. Qeyd edək ki, yaş mərasimində iştirak edənlər rayonun Qapanlı kəndi və Şəmkir şəhər sakinləri olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəmkirdə restoranda kütləvi zəhərlənmə 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.