Cəmiyyət

"Gecə 12-də camaatı düşürməyin nə yeri var” - Reyd zamanı gərgin anlar - VİDEO - FOTO

17 İyul 2017 18:50
2 Şərh     Baxış: 1 723

Gecə saatlarında magistral yollarda ağır yol nəqliyyat hadisələrinin sayının artması və həmin qəzaların iştirakçıları arasında sərnişin eləcə də yük daşıyan nəqliyyat vasitələrinin çoxluğu yol polisini hərəkətə keçirib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatması, baş verə biləcək qəzaların qarşısını almaq üçün yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin gecə saatlarında hərəkətinə məcburi məhdudiyyətlər tətbiq olunub.

Görüntülər Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının xidməti ərazisindəndir.

Yeni qaydanın tətbiqi yol üstündə olan sürücü və onların sərnişinləri tərəfindən heç də birmənalı qarşılanmayıb. Ancaq qəzaların qarşısının alınması baxımından məhdudiyyəti anlayışla qəbul edənlər də tapılıb.

Sərxan Qocayev - Sərnişin: "Yəni sürücülər sükan arxasında yuxulayırlar. Qəza baş verir. Belə mən dəstəkləyirəm".

Səfər Babayev - Sərnişin: "İşə gecikən var. Bir gün işdən qalanda çıxarırlar. Gecə saat 12-dən sonra camaatı burada düşürməyin nə yeri var. Problem sürücülərlədirsə, onlarlada həll etsinlər".

Qaydalara əsasən hərəkətdə olan nəqliyyat vasitələri nəzərdə tutulan yerlərdə park edilməklə sürücüyə istirahət verilir. Sözügedən məhdudiyyət beynəlxalq daşıma ilə məşğul olan sürücülərə şamil edilmir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Gecə 12-də camaatı düşürməyin nə yeri var" - Reyd zamanı gərgin anlar

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 17 İyul 20:3600

    Niyə?Beynəlxalq yük daşımaların sürücüləri androiddir?Bilin ki,hansı qanun ki tranzitlərə şamil olunmur deməli həmin qanun beynəlxalq hüquqa ziddir.Beynəlxalq hüquqa zidd olan nəsə varsa o hüquqa da ziddir.Yani bu qanun və qayda hüquqpozuntusudur.

    Cavab yaz
  • Anonim
    ***** · 17 İyul 23:5000

    Bu insanlar həmişə nədənsə narazı olmalıdır mütləq qəza olanda insanlar həyatını itirəndə deyirlər nəzarət yoxdu baxan yoxdu. Reyd kecirəndə olurlar pis adam.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.