Cəmiyyət

"Dostluq körpüsü" II beynəlxalq folklor rəqs festivalının iştirakçıları Quba rayonunda konsert veriblər

13 İyul 2017 17:20
Baxış: 142

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərində 07-13 iyul tarixlərində "Dostluq körpüsü" adlı II Beynəlxalq Folklor-Rəqs Festivalı keçirilir. Festivala Azərbaycan ilə yanaşı, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları, ümumilikdə, 400-dən çox iştirakçı qatılıb.

Milli.Az bildirir ki, festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsidir.

Festivalın açılış konserti iyulun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  baş tutub. Festival çərçivəsində iştirakçılar Quba rayonunda olublar. İlk öncə Quba şəhəri icra hakimiyyətinin başçısı Yaşar Məmmədovla qrup rəhbərlərinin görüşü keçirilib, sonra Quba Soyqırımı Memorial Kompleksinə iştirakçılar üçün ekskursiya təşkil edilib. Quba Uşaq Yaradıcılıq Mərkəzinin dəstəyi ilə Qubadakı "Yaşıl teatr"ına dostluq yürüşü təşkil edilib və orada iştirakçı qruplar təmsil etdikləri ölkələrin milli xalq rəqslərindən ibarət maraqlı konsert proqramı təqdim ediblər. Rəqqasların çıxışları tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Qeyd edək ki, "Dostluq körpüsü" II Beynəlxalq Folklor-Rəqs Festivalına iyulun 13-də Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək qala konsertlə yekun vurulacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.