Tovuz rayonu ərazisində yerləşən Haça qaya adlı məkan xalq içində Həzrət Əlinin (ə) adı ilə əlaqələndirilir. Əfsanəyə görə, İmam Əli (ə) bu yerlərdə güclü bir kafir pəhləvanın olduğunu eşidib, onu məğlub etmək üçün gəlir, həmin pəhləvanın bədənini yerdən üzüb çaya atır.
Milli.Az islam.az-a istinadən bildirir ki, bu yerdə iri bir qaya var, sanki onu ortadan kəsib iki yerə ayırıblar. Əfsanədə deyilir ki, İmam Əli (ə) həmin pəhləvanla savaşanda qayanı öz qılıncı ilə vurub iki yerə bölübmüş. Haça qayanın yaxınlığında ziyarət edilən əl və ayaq izlərinin də İmam Əliyə (ə) aid olduğuna inanırlar. Əlbəttə, bu ziyarətgahın İmam Əli (ə) ilə bağlanmasının səbəbi yalnız xalqın məhəbbətidir, onun dini əsası yoxdur. Qeyd edilən əfsanə heç bir tarixi mənbədə öz təsdiqini tapmayıb.
Milli.Az