Cəmiyyət

Qubanın təbiət gözəli - Afurca şəlaləsi - VİDEO - FOTO

21 İyun 2017 22:50
1 Şərh     Baxış: 2 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quba rayonuna gələn turistlər daha çox Xınalıq, Qəçrəş kəndlərinə və Afurca şəlaləsinə səyahət edirlər. Turist sıxlığına görə Quba-Xınalıq və Quba-Afurca marşrutları ilk yerlərdə durur.

Quba-Afurca turizm marşrutunu turistlər üçün cəlbedici edən buradakı əsrarəngiz təbiət mənzərəsinə malik Afurca şəlaləsidir.

Afurca şəlaləsi Quba rayonun cənubunda yerləşir. O, təbiətin yaratdığı ən gözəl abidələrdən biri hesab olunur. Təxminən 60 metr hündürlükdən axan şəlalə geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə edilir.

Milli.Az AZƏRTAC-a istinadən ölkəmizin ən məşhur şəlalərindən sayılan Afurcanın yeni çəkilmiş videogörüntülərini təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qubanın təbiət gözəli - Afurca şəlaləsi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.