Cəmiyyət

Mübarək adlara qarşı dözümsüzlük...

15 İyun 2017 23:50
51 Şərh     Baxış: 2 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox təəssüf ki, ölkədə qəribə bir tendensiya baş alıb getməkdədir. Bu, ondan ibarətdir ki, ölkənin ictimai sferasının bəzi nümayəndələri tərəfindən mübarək adlara qarşı qəti bir dözümsüzlük nümayiş etdirilir. Hətta iş o yerə gəlib çatıb ki, artıq bu tip "içtimai fikir sahibləri" öz sosial şəbəkələrdəki ptofilərində açıq-açığına Fatimə, Muhəmməd, Yusif, Əli və s. İslami kimliyi özündə ehtiva edən adları bir-bir sadalayıb, həmin adlara qarşı sanki qaralama-şərləmə, gözdən salma kompaniyası başladaraq, öz aləmlərində insanları öz övladlarına bu cür mübarək adları qoymaqdan çəkindirməyə çalışırlar. Səbəb kimi isə onu gətirirlər ki, bu adlar ərəblərə məxsusdur, biz ərəb deyilik, öz milli kimliyimiz var və öz övladımıza türk kökənli adlar qoymalıyıq. Və ərəb sevdamızdan əl çəkməyimiz, daha doğrusu bütün xalqımızın əl çəkməyi şiddətli dərəcədə təkid olunur.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, xüsusilə Azərbaycan əhalisinin əlahiddə bir ərəb olmaq sevdası ümumiyyətlə yoxdur. Yəni ərəbə qarşı xüsusi bir simpatiya bu dövrə qədər hələ rastıma çıxmayıb. Övladlara qoyulan ərəb adlarına gəlincə, bu adların qoyulma səbəbi heç də həmin ad sahibinin ərəb olması deyil. Bu kimi mübarək adların qoyulmasının yeganə səbəbi - həmin adların məxsus olduğu insanların ölkəmizdə yaşayan və həmin adları öz övladlarına qoyan insanların inandığı dinin əsas simaları, üz qabıqları, əsas atributu, həmin dinin olmazsa-olmazı olmalarıdır. Bəli, məhz bizim millətimiz o adları ona görə öz övladına qoyur ki, həmin adların sahibləri - İslamın özüdürlər. Nə onlarsız bir İslam var, nə də onlarsız hər hansı bir ibadətin mənası var. İslam - yəni onlar! İslam - yəni Həzrət Muhəmməd (s)! İslam - yəni Əli (ə)! İslam - yəni Fatimə (s.ə)!
"Həzrət Yusif (ə)" filmindən sonra neçə illərdir bu ad ölkə insanının ən sevimli adlarından birinə çevrilib. Bu mübarək ad da nübüvvət yolu ilə bilavasitə tövhidə (təkallahlılığa) qayıdır və inancın əsasını təşkil edir.
Düşünürəm ki, burada əsas qıcıq ərəb, qeyri-ərəb adlarının qoyulması deyil. Çünki, bəşəriyyətin gəldiyi son durum çox acınacaqlı bir vəziyyətdədir. O qədər həqiqi insani dəyərlər alt-üst olub və yerində əldəqayırma, yalnız və yalnız insanın nəfsinə qulluq edən dırnaqarası "dəyərlər" formalaşdırılır ki, bu kimi dəyərlərlə yaşayan insanlara ağlasığmaz "azadlıqlar" verilir. O təfəkkür tərzində sən birmənalı olaraq "azadsan", nə istəyirsən onu edə bilərsən, övladına hansı adı istəsən qoya bilərsən. İstəyir rus adı olsun, istəyirsə də ərəb. Yalnız bir istisna var. Sən islami kimlikli ad qoymamalısan. Əgər sən öz övladına İslamın mübarək adlarını qoyursansa, avtomatik səni ərəbsevər damğası ilə şərləyirlər.
Bu kimi statusların yazılmağının əslində bircə səbəbi var - bu da, cəmiyyətdə bu adları gözdən salmaq, azaltmaqdır. Belə statuslarla insanların zehinlərinə təsir etmək istənilir ki, həmin şəxsdə bu adlara qarşı bir ikrah yaransın. Həmin insan nə öz övladına bu mübarək adları qoysun, nə də ki, eşidəndə, kimsə öz övladına həmin adları qoyur, rahat qarşılasın.
Əslində həmin statusların cavablarını xalq özü elə həmin statusun altında layiqincə verir, əlavə şərhə ehtiyac qalmır. Bircə gəlin bunu etiraf edək ki, o cür statusların kökündə heç də qeyd etdiyiniz kimi milli-mənəvi dəyərlər, türkçülük, turançılıq, milliyətçilik dayanmır. Bu cür statuslar yalnız islamofobik düşüncənin məhsuludur. Yalnız İslam ilə köklü problemi olan bir insan bu cür paylaşımlar edə bilər. Gəlin, siz də ağa ağ deyin, qaraya qara. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Belə mübarək adların qoyulmasını ərəbpərəstlik, ərəbsevərlik adlandırmayın. Necə düşünürsünüzsə, elə deyin. Deyin ki, ay camaat, bu adları qoymaqla bəsdirin isla pərvər oldunuz, bu qədər islamsevər olmağınız yetər.
Onsuz da bu kimi İslamı zəiflətməyə yönəlmiş statuslar, mübarək dinimizə zərrəcən də zərər vurmaq qüdrətində deyil. Siz uzağı bir neçə izləyicinizi öz övladına bu mübarək adları qoymaq fikrindən daşındıra biləcəksiniz və ən uzağı da bir neçə yüz like alacaqsınız. Lap göyə də çıxsanız, bundan uzağa gedə bilməyəksiniz. Bu cür qara kampaniyalarla, adları azaltmaq istəməklə bu dini aradan qaldırmaq mümkündürmü? Əgər mümkündür deyirsinizsə, davam edin, öz islamofobik davranışlarınıza. Dənizin suyunu içmək iddiasına oxşayacaq bu...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.