Cəmiyyət

Bakıda yuxulu sürücü avtomobili PPX maşınına vurub - FOTO

10 İyun 2017 08:02
0 Şərh     Baxış: 1 718
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı-Quba yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində Post Patrul Xidməti (PPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, yolun Avtovağzal yaxınlığından keçən hissəsində "60-BL-368" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil qarşıda gedən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə məxsus "99-AP-609" dövlət qeydiyyat nişanlı "Fiat" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Yol qəzası nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Qəza "Opel" sürücüsünün avtomobili yuxulu vəziyyətdə idarə etməsi nəticəsində baş verib. Hadisə zamanı "Fiat"da sərxoşluğun yoxlanılması üçün müvafiq məntəqəyə aparılan bir kişi və bir qadın sərnişin olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.