Cəmiyyət

Tövbə namazı necə qılınır?

6 May 2017 19:15
0 Şərh     Baxış: 2 285
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dua kitablarında zilqədə ayının ilk bazar günündə qılınması müstəhəb olan bir namaz qeyd edilir. Bu namaz günahların bağışlanması üçün çox faydalıdır. Bəzi mənbələrdə bunu "tövbə namazı" da adlandırmışlar. Tövbə namazı 4 rükətdən ibarətdir və iki qoşa rükətlik namaz şəklində qılınır.

Milli.Az islam.az-a istinadən bildirir ki, birinci rükətdə "Fatihə" surəsindən sonra üç dəfə "İxlas", bir dəfə "Fələq" və bir dəfə "Nas" surələri qiraət edilir. Namaz başa çatandan sonra yetmiş dəfə istiğfar edilir, ardınca bu zikr deyilir: "La hovlə və la qüvvətə illa billahil-Əliyyil-Əzim". ("Çox uca və çox əzəmətli Allahdan savayı heç kimdə güc və qüvvət yoxdur").

Axırda isə bu şəkildə dua edilir: "Ya Əzizü ya Ğəffar. İğfir-li zünubi və zünubə cəmiil-mumininə vəl-muminat. Fəinnəhu la yəğfirüz-zünubə illa ənt". ("Ey izzət sahibi, ey bağışlayan (Allah)! Mənim günahlarımı, bütün mömin kişi və qadınların günahlarını bağışla. Çünki Səndən başqa heç kim günahları bağışlamaz (heç kimdə bu səlahiyyət yoxdur)".

Bu namazı merac gecəsində Peyğəmbərə (s) vəhy mələyi Cəbrayıl (ə) öyrətmişdi (Seyyid ibn Tavus. İqbal əl-əmal, səh. 614).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.