Xoşuna gələn oğlanla nə barədə danışmaq olar? Gənc qız üçün bu suala cavab tapmaq çox çətindir. Susmaqla oğlanın diqqətini cəlb edə bilməyəcək və ya o sizi həddindən artıq utancaq, qeyri-müasir hesab edəcək.
Söhbətin alınması üçün ilk növbədə sakit, özünə inamlı olmaq lazımdır. Xəbərdarlıq edirik: sakitləşdirici dərmanlardan sui-istifadə etmək olmaz. Əks halda tam əks effekt əldə edə və ən məsuliyyətli anda yata bilərsiniz. Oğlanla söhbət zamanı həddindən artıq inadlı və sırtıq olmayın. Özünüz üçün qızıl ortanı tapın.
AZ, AMMA SAZ
Ümumi maraq və mövzular tapmağa çalış. Adətən belə söhbət insanları bir-birinə yaxınlaşdırır, çünki hər ikisinə eyni şeylər maraqlıdır. Danışmaqdansa, daha çox qulaq as. Söhbət əsnasında istənilən xırdalağa diqqət yetir. Əgər oğlan əvvəlki sevgililəri barəsində pis danışırsa, deməli siz ayrılanda da sənin barəndə belə danışacaq. Həmsöhbətini dinləyiciyə çevirmə. Axı ilk əlaqədən özün haqqında hər şeyi danışmaq qeyri-mümkündür. Bundan başqa ilk dəfədən hər şeyi açıb tökmə. Bu yolla oğlanla növbəti görüşlərdə də maraqlı söhbətlər edə bilərsən. Axı oğlanlar daha çox sirli qızlardan xoşlanırlar. Məhz belə personalar oğlanların diqqətini cəlb edir. Əgər ilk görüşdən özün haqda hər şeyi danışsan, onun üçün sənin barəndə nə isə bilmək mümkün olmayacaq. Ona görə sənə də qarşı marağı tez itəcək.
SEVİMLİ MƏŞĞULİYYƏT
Özün haqqında danışarkən yalnız müsbət anlara vurğu vurun və keçmiş sevgililərinizi yada salmayın. Onunla məşğuliyyətlərin barədə danışa bilərsən, amma fanatizm dərəcəsində yox. Sonra da onun məşğuliyyəti barəsində soruşun. Oğlanların yaxşı yumor hissi olan qızlardan xoşu gəlir, odur ki, həyatınızdan bəzi gülməli nüansları danışın. Amma söhbət əsnasında lovğalanmayın.
ANALİZ
Söhbətin sonunda oğlanla nə barədə danışdığını xatırla. Bu yolla Adam haqqında ümumi fikir yaratmaq asandır. Həmçinin bu yolla gələcəkdə təkrar etməyəcəyin səhvlərini görə bilərsən. İlk söhbətini analiz edərək oğlanla gələcək görüşlərdə nə haqqında danışa biləcəyin mövzular tapa bilərsən.
QADAĞAN MÖVZULAR
Görüşdə oğlanla nə haqqında danışmaq olmaz?
Xəstəlik və narahatçılığınız barədə danışaraq mərhəmət diləməyin. Bu, sizi oğlana yaxınlaşdırmaq əvəzinə, onu sizdən uzaqlaşdıracaq.
Maddi imkanınızla öyünməyin. Bu haqda danışmaq ən azından tərbiyəsizlikdir.
Yeni oğlanla ilk görüşdə əvvəlki partnyorlarınız barədə danışmaq da qadağandır. Bu söhbəti sonraya saxlayın - bir-birinizi daha yaxın tanıyanadək. Bu intim həyatınıza da aiddir. Amma qadağan olunan ən başlıca mövzu hazırki oğlanı əvvəlki sevgililərlə müqayisə etməkdir. Belə söhbətdən sonra əmin ola bilərsiniz ki, onun sifətini bir daha görməyəcəksiniz.
Oğlanla danışmaq üçün elə mövzu seçin ki, hər ikiniz üçün maraqlı olsun. Yalız bu halda xoş dialoqunuz alınacaq. Əgər oğlanın xoşuna gəlmək isəyirsənsə, söhbəti onun idarə etməsinə imkan yarat. Oğlanlar qızların gözündə lider olmağı sevir. Ona görə elə mövzu seç ki, oğlan özünü tərifləyə bilsin. Bir də onun dediyi hər sözdən sonra gülmə!
"Aysel" jurnalı
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xoşuna gələn oğlanla nə barədə danışmaq olar?
19 İyun 2011 23:45
Baxış: 37 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Bu avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
-
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
-
Gəncədə ata və anasından sonra nənə də 13 yaşlı qızdan imtina etdi - YENİLƏNİB
-
Zeynal Bayramlıya yüksək vəzifə verildi - FOTO
-
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi
-
Xudayar son nəfəsində bu sözləri YAZIB - “Bu da…”
XƏBƏR LENTİ
-
Anasının dəfninə getmədi, “TikTok”da gündəm oldu
-
56 kilo uşaq 170 kq qaldırdı - VİDEO
-
Azərbaycanlı məşhur bloqerlərin toy FOTOları müzakirə yaratdı
-
Bu avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
-
Soyuducuya maqnit yapışdıranlara ciddi xəbərdarlıq
-
Mahşəhr neft-kimya kompleksinə hücum edildi - ölənlər var
-
Safurə həyat yoldaşı ilə VİDEO paylaşdı
-
ABŞ-nin helikopterləri İranda vuruldu
-
Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi
-
Günün qoroskopu: Karyera pillələrində irəliləmək üçün çox əlverişli gündür
-
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
-
“Liverpul” son 11 ilin klub antirekordunu qırdı
-
Əraqçi bombardman olunan nüvə obyektlərinin siyahısını açıqlayıb
-
Gəncədə ata və anasından sonra nənə də 13 yaşlı qızdan imtina etdi - YENİLƏNİB
-
Avstraliyada güclü zəlzələ oldu
-
Bu testdən keçməyən yumurtanı əsla yeməyin
-
2026-cı ildə Dünyada İlin Avtomobili bəlli oldu: Zirvədə bir Alman nəhəngi
-
Kərə yağı ilə qatıq mayalamaq olar?
-
İsrail İranda neft-kimya kompleksinə zərbə endirdi
-
Bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağır
-
Çiyələkləri yuduqdan sonra əsla soyuducuya qoymayın
-
30 ildən sonra bu bürc üçün nəhayət qızıl dövr başlayır
-
Qapıçı öz yerindən rəqib qapıya qol vurdu - VİDEO
-
"Hollivudun ən yaxşı öpüşən kişisi odur" - FOTO





