Cəmiyyət

İş təcrübəsi olmayanlar harada işləyə bilərlər? - VİDEO - FOTO

21 Aprel 2017 16:23
1 Şərh     Baxış: 3 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində iş təcrübəsi olmayanların işlə təmin olunması ilə bağlı maraqlı süjet yayımlanıb.

Ölkədə işsizlik faizi getdikcə aşağı düşməkdədir. Amma işsizlikdən əziyyət çəkən gənclər az deyil. İşəgötürənlər ali məktəbi yeni bitirən gəncdən "iş təcrübəsi" tələb edirlər.

Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov bildirir ki, çalışdığı quruma ilin birinci rübü ərzində iş üçün müraciət edənlərin 16 faizi təcrübəsiz gənclərdir. Bəs gənclər işləmədən necə təcrübə qazana bilər? Şöbə müdiri bildirir ki, ali məktəbə qəbul olan hər bir şəxs əmək bazarındakı vəziyyəti nəzərə almalı və özünü hazırlamalıdır. Bunun üçün 4 illik tələbəlik müddəti az vaxt deyil.

İsa Həsənov (Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri): "O müddət ona imkan verir ki, əmək bazarındakı mövcud durum haqda məlumatlar əldə edir. Məlumatlar əldə edildikdən sonra tələblərə cavab vermək üçün özünü hazırlayır."

Dövlət Məşğulluq Xidmətinin rəsmisi vəziyyətin bu həddə çatmasını təkcə gənclərin günahı hesab etmir: "İşə götürənlərin bir çoxu hesab edir ki, ona hazır kadr lazımdır. Kadrın üzərinə hər hansı investisiya qoymadan asan gəlir əldə etmək niyyətindədirlər".

İşəgötürənlərin məsuliyyətinə gəldikdə onlar işəgötürmə məsələlərində sərbəstdirlər. Amma bu zaman irqi, dini, cinsi və s. ayrıseçkiliklər olunmamalıdır.

Zaur Quliyev (hüquqşunas): "Müəyyən elanlar oxuyuruq ki, xanımların (bəylərin) işə qəbul yaşı 18-35 yaş aralığında müəyyənləşdirilir. Bu, qanunla qadağandır. Min manatadək cərimədir".

Təkcə paytaxtda deyil, bölgələrdə də vəziyyət bu cürdür:

Restoranların birinin administratoru ilə söhbətimizdən də gənclərin dediklərinin həqiqət olduğu üzə çıxdı: "Ən azından 2 il təcrübəsi olmalıdır".

Qeyd edək ki, işəgötürən şirkətlərin sosial məsuliyyətləri var. Onlar təcrübəsizləri işə götürməməklə kadryetişdirmə potensialından məhrum olurlar. Ölkədəki şirkətlərin təcrübəsizlik fobiyasının səbəbləri haqda karyera planlama üzrə mütəxəssis İlkin Məcidovun da fikrini aldıq: "Təcrübəli kadr istəyirlərsə, təcrübə keçmək üçün müəssisələr qapılarını açsınlar".

Təhsil Nazirliyinin qərarına əsasən 2 və 3-cü kurs tələbələri təcrübə keçmək məcburiyyətindədirlər. Bu şansdan yararlanmayan tələbələr də az deyil. Bu, tələbələrin istifadə edə biləcəyi 3 təcrübə növündən biridir. 

Sonda qeyd edək ki, "özünüməşğulluq" proqramı qüvvədədir ki, bu proqrama əsasən öz ideyası olan və biznesə meyilli gənclər dövlət hesabına ideyalarını gerçəkləşdirə bilərlər. Buna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidməti nəzarət edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

İş təcrübəsi olmayanlar harada işləyə bilərlər?

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.