Səbrli olmaq üçün nə etməli?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səbrli olmaq Uca Allahın müsəlmanlara əmridir. Dünya həyatındakı və Cənnətdəki gözəlliklər yalnız səbirlə əldə edilir. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver!" (əl-Bəqərə, 155). Buna görə də hər bir müsəlman öz əxlaqını gözəlləşdirməli və səbirli olmağa çalışmalıdır.
Milli.Az zikr.az-a istinadən bildirir ki, səbirli olmaq üçün ilk növbədə səbirli olmağa çalışmaq lazımdır, çünki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim iffətli olmaq istəyərsə, Allah onu iffətli edər. (İnsanlara) möhtac olmaq istəməyən kimsəni Allah heç kəsə möhtac etməz. Kim səbirli olmağa çalışarsa, Allah onu səbirli edər. Heç kəsə səbirdən daha xeyirli və daha böyük nemət verilməmişdir". (əl-Buxari, 1469). Bu ilk vaxtlarda çətin olsa da, çox çalışan insan üçün Uca Allah bunu həmin insan üçün asanlaşdırır.
Müsibətin ilk anında səbir etmək lazımdır. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki: "Bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir qəbrin başında durub ağlayan qadınınyanından keçərkən (ona) buyurdu: "Allahdan qorx və səbir et!" Qadın onun kim olduğunu bilməyib dedi: "Əl çək məndən! Mənim başıma gələn müsibət sənin başına gəlməyib". Qadına: "Bu, Peyğəmbər (salləllahu aleyhi və səlləm) idi" - dedilər. Bundan sonra o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qapısının yanına gəldi, lakin orada gözətçilərə rast gəlmədi. Qadın (üzrxahlıq edib): "Mən səni tanımamışam" - dedi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "İlk sarsıntı anında səbir etmək lazım idi!" (əl-Buxari, 1283).
Səbirli olanlara necə böyük mükafat veriləcəyini düşünmək. Daha ətraflı: Səbir edənlərə müjdə ver!
Qəzəblənəndə özünə hakim olmaq. Bunun üçün insana qəzəb gəldikdə "əuuzu billəəhi minəş-şeytaanir-raciim" demək, su içmək və s. Daha ətraflı: Qəzəblənmə!
Allahı çox zikr etmək və ibadətləri çoxaltmaq. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir". (əl-Bəqərə, 153).
Dini öyrənməyə vaxt ayırmaq, Qurani-Kərim, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədisləri, peyğəmbərlərin (aleyhimis-sələm) və salehlərin həyatı haqda oxumaq, oradakı insanlardan nümunə götürmək.
Səbir edənlərə Allahın gec-tez kömək edəcəyini bilmək. Uca Allah buyurur: "Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir". (əş-Şərh, 5).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO
-
Diplomatik xidmət əməkdaşlarına bu qədər müavinət ödəniləcək
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Əli Əsədov yeni qərar imzaladı
-
Milli Məclisdə növbədənkənar iclas: 8 qanuna dəyişiklik gündəmdə
XƏBƏR LENTİ
-
Əməkdar artist 38 il əvvəl - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb - FOTO
-
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub - FOTO
-
Gəncədə ağır qəza - xəsarət alanlar var
-
Bakı ABŞ-nin II Dünya Süni İntellekt Həftəsinə ev sahibliyi edəcək
-
Əməkdar artistin nəvəsinin məclisindən yeni FOTOlar
-
1300 kilometrlik qatar xətti açılır - 4 ölkə birləşəcək
-
Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"
-
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib - FOTO
-
"Yuventus" dünya çempionunu transfer edir
-
İrəvandakı paradda İran silahı: molla rejimi maskasını birdəfəlik cırıb atdı
-
Pezeşkian Prezident İlham Əliyevi təbrik edib
-
Xoşqədəm Seda Sayanın verilişində ağladı
-
Azərbaycanla münasibətlər Vaşinqton üçün əsas prioritetdir - Kaleb Orr
-
Diplomatik xidmət əməkdaşlarına bu qədər müavinət ödəniləcək
-
Məhərrəmlik ayı bu tarixdə başlayır
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalını Bəstəkarlar İttifaqında keçirilib - FOTO
-
Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Xameneinin dəfn yeri açıqlandı
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Maşını olanlara pis xəbər: Bu məhsul bahalaşır
-
Casusluqda ittiham olunan şəxsə hökm oxundu
-
Əli Əsədov Denis Şmıqalla görüşdü
-
"Anam o zaman deməyib ki, niyə bu günə qalmısan?"





