Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağcaqanad dərmanı hansı fəsadlar yaradır?
3 İyun 2011 09:00
Baxış: 11 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaydır və bəlli ki, bu fəslin "atribut"larından biri də ağcaqanadlardır. Bakı sakinləri ağcaqanadlardan qorunmaq üçün müxtəlif üsullara əl atırlar. Bu üsullardan ən asanı isə ağcaqanadlara qarşı xüsusi hazırlanmış, kəsif qoxusu olmayan müxtəlif preparatlardır. İstehsalçı şirkətlərin reklamlarında bildirilir ki, həmin dərmanlar yandırılan zaman ətrafa yayılan qoxu ağcaqanadı tamamilə məhv edir. Belədirsə, ağcaqanadları məhv edən kimyəvi dərman insan orqanizminə təsir göstərirmi və əgər belə təsir varsa, nə formadadır?
Fransa alimləri belə nəticəyə gəliblər ki, ağcaqanad dərmanlarının tərkibindəki "deet" adlı kimyəvi maddə insanın sinir sisteminə nevrotoksik təsir göstərir. Həmin maddə mərkəzi sinir sistemi üçün çox böyük əhəmiyyətə malik olan asetilkolinesteraz fermentini parçalayır.
Azərbaycan Tibb Universitetinin nevrologiya və tibbi genetika fakültəsinin dosenti, tibb elmlər namizədi Dilarə Mahmudova Milli.Az xəbər portalının əməkdaşı ilə söhbətində bildirdi ki, ağcaqanad dərmanının insana mənfi təsiri qaçılmazdır. Elmlər namizədinin sözlərinə görə, dərmanın qoxusu ilk olaraq insanın gözünə, burunun selikli qişasına təsir edir, dəridə qaşınma yarada bilər. Bu cür preparatları yandırarkən orqanizmdə qıcıqlandırıcı əlamətlərə səbəb olurlar. Ona görə də həmişə sudan istifadə etmək, hava vasitəsilə selikli qişaya oturan molekuları yumaq lazımdır. Selikli qişa preparatın molekullarından təmizlənəndən sonra qıcıqlanma azalır.
Ağcaqanad dərmanının sinir sisteminə təsirinə gəlincə, D.Mahmudova qeyd etdi ki, həmin maddənin sağlamlıq durumu normal olan insana mənfi təsiri olmamaldır: "Belə preparatlar əsasən izafi həssas, sinir fəaliyyəti zəif olan insanlara təsir edə bilər. Həmin dərman bir şəxsin yaddaşında pis qoxu ilə qalırsa, o adamda bilaixtiyar olaraq asqırma, qaşınma, gözyaşarması başlayır".
D.Mahmudova məsləhət görür ki, ağcaqanad dərmanından istifadə ediləndə ehtiyatlı olmaq gərəkdir.
Çünki preparat orqanizmə fərdlərdən asılı olaraq, müxtəlif cür təsir edir. Evdə belə preparat yandırilarkən həmin vasitənin kimə, necə təsir edəcəyi təxmini olsa da, bilinməlidir. İlbəil insanın immuniteti, allergik reaksiyaları da dəyişir. Bu səbəbdən də həşəratlar və ağcaqanadlara qarşı preparatlardan istifadə edərkən onun potensial təsiri unudulmamalıdır.
Akadademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Tsikloalkilfenolların kimyası və texnologiyası" qrupunun rəhbəri, kimya elmləri doktoru Çingiz Rəsulov isə əksinə, ağcaqanad dərmanını insana təsirini mümkünsüz sayır. O, Milli.Az xəbər portalına bildirdi ki, iy qoxuyan ağcaqanad dərmanları proxetexin birləşmələrindən ibarətdir: "O da zərərsiz maddədir. Həmin dərmanların insana təsiri olsa da, zəifdir. İnsan orqanizmi güclüdür. Hərgah orqanizmə zəif zəhərli maddə düşərsə, bədən tez bir zamanda müdafiə resurslarını işə salaraq, onu məhv edəcək".
Anar Məmmədov
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Cəfər Əsədova yüksək vəzifə verildi
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası
-
Bakıxanov parkında nə baş verir? - İddialara aydınlıq gətirildi
-
Magistratura imtahanına hazırlaşanlar üçün VACİB XƏBƏR
-
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
-
Hava qəfildən dəyişir - Xəbərdarlıq EDİLDİ
XƏBƏR LENTİ
-
"Qazancım yoxdur, geyimimə, layihələrə yatırım edə bilmirəm"
-
Millimiz dünya çempionatında ikinci qələbəsini qazandı
-
Cəfər Əsədova yüksək vəzifə verildi
-
ABŞ-də güclü zəlzələ oldu
-
Şəhid atası vəfat etdi - FOTO
-
Rövşən Muradov vəfat edib
-
“Mən olmasaydım, İsrail mövcud olmazdı”
-
Oğurladığı 10 mini görün nəyə xərclədi - VİDEO
-
Velosiped sürən uşağı maşın vurdu
-
Küveyt onlara 24 saat vaxt verdi
-
Kafedən oğrluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı
-
20 yaşındakı arzusunu 30 il sonra gerçəkləşdirdi
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlər silsiləsi uğurla davam edir - FOTO
-
Bakıda məşhur siqaret yoxa çıxıb - Satış nöqtələrində tapılmır
-
Azərbaycanlı müğənni saçlarını kəsdi - FOTO
-
Paşinyandan göyərçin şousu - VİDEO
-
PFL-in prezidenti postuna iddialı namizəd
-
Bakılı qadın Rusiyada nazir təyin olundu
-
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir
-
Birləşmiş Krallığın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib - FOTO
-
Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edib - FOTO
-
ARD Azərbaycana qarşı: alman media təxribatının anatomiyası
-
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalı çərçivəsində estrada-caz axşamı keçirilib - FOTO
-
“Retro Dalğası” konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşadıb - FOTO