Uca Allah buyurur: "Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!" (ən Nisa, 1).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Qurani Kərimdə Adəm və Həvvanın (Onlara Allahın salamı olsun) necə yaradılmasından bəhs edilsə də, onlardan digər insanların necə yaranması məsələsi Quranda və səhih mənbələrdə dəqiq təsvir olunmayıb. Hər necə olubsa, ayədən görünür ki, bu, Uca Allahın təqdiri, hikməti və icazəsi ilə olub. Ona görə də günah deyil, çünki "günah" Allah Təalanın icazə vermədiyi əməli etməyə deyilir.
İbni İshaq adlı tarixçi islam alimi tərəfindən edilən rəvayətə görə, Habil və Qabilin hər birinin əkiz bacıları var idi və onların hər birindən digərinin əkiz bacısı ilə evlənilməsi istənilmişdi. Qabilin əkizi Habilinkindən daha gözəl olduğu üçün Qabil onu dəyişdirməyi qəbul etmədi. Bu səbəbdən Habil onu öldürdü.
Ümumiyyətlə Adəm və Həvvanın çoxlu qızları və oğulları olub. Rəvayətlərə görə, Habillə Qabil tək deyil, hər biri, bir bacı ilə əkiz doğulmuşdular. Bu barədə deyilir ki, Adəm və Həvvanın Qabil və bacısı olmaqla əkiz övladları olduqdan sonra, ikinci dəfə yenə də oğlan Habil və qız olmaqla əkiz övladları doğuldu. Sonra Adəm Qabili Habilin əkizi ilə, Habili də Qabilin əkizi ilə evləndirdi. Onlardan da insan nəsli törədi. (Bu bir çox təfsir alimlərinin rəyidir). Belə olduğu halda Uca Allah əkizləri bacı-qardaş və məhrəm etmiş, evlənmələrini qadağan etmişdir. Birinci bətində doğulanları isə digər bətində doğulanlara bacı-qardaş məhrəm etməmişdir. Bu qanun sırf Adəm və Həvvanın övladlarına şamil edilmiş, bunlardan sonra gələn nəsillərdə isə bir ana və atadan doğulan hər kəs bacı-qardaş sayılmış və evlənmələri də haram edilmişdir.
Nəticə olaraq, yuxarıda da qeyd etdiyimiz kimi, bu barədə Uca Allah və Rəsulundan (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) konkret açıq bir dəlil yoxdur. Buna görə bütün yuxarıdakı izahlar ehtimal olunan fərziyyələrdir. Ən doğrusunu əlbəttə ki, Uca olan Allah bilir. Unutmayaq ki, bütün bunların hamısı Allahın Təalanın əzəli və əbədi elmi, hikməti və istəyi sayəsində həyata keçir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Adəmin uşaqlarından, yəni bacı-qardaşdan yaranmışıqsa, deməli günahdan yaranmışıq?
11 Dekabr 2016 21:55
27 Şərh
Baxış: 10 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Sabah bu rayonda qaz KƏSİLƏCƏK
-
Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ
-
Sınaq imtahanı təşkil ediləcək
-
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
-
“Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başa çatıb
-
Azərbaycanın su anbarlarındakı ehtiyatların həcmi açıqlanıb
XƏBƏR LENTİ
-
“Çelsi” böyük zərərlə üzləşdi
-
Muğam Televiziya Müsabiqəsinin qalibləri konsert ilə çıxış edib - FOTO
-
Vüsalənin bu VİDEOsu müzakirə yaratdı
-
Baş nazir Əli Əsədov Ünal Üstel ilə görüşdü
-
Sabah bu rayonda qaz KƏSİLƏCƏK
-
Rusiya Azərbaycana təşəkkür etdi
-
ABŞ və İsrail İranı vurdu
-
Aysel Əlizadə əməliyyat olundu
-
Yaponiyalı azarkeşlərdən nümunəvi davranış
-
Yeni çəkilən yol niyə ÇÖKDÜ? - RƏSMİ - YENİLƏNİB
-
Bahar Lətifqızının efirdə göz yaşları "sel oldu" - VİDEO
-
Hizbullah komandiri öldürüldü
-
Rusiyada faciə: Ölən və yaralananlar var
-
Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ
-
Sınaq imtahanı təşkil ediləcək
-
Masallıda faciə: Baba və nəvənin yanaraq öldüyü evdən görüntülər - YENİLƏNİB - VİDEO
-
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
-
Elxan Mikayılov yüksək vəzifədən azad EDİLDİ
-
Birinin saatı 59, o birinin 229 min manat... - FOTO
-
Bakıda cibgirlik edən 64 yaşlı şəxs saxlanıldı - ANBAAN VİDEO
-
Qarabağ zəfərinin strateji ssenarisi Apreldə yazıldı - Azər Qarayev
-
Lamin Yamal azarkeşlərə etiraz etdi
-
Mina partladı: Xəsarət alan var - YENİLƏNİB
-
“Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat başa çatıb





