Cəmiyyət

Günün təamı: piti - FOTO

10 May 2011 07:00
Baxış: 8 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu milli Azərbaycan şorbasıdır. Adətən onun xüsusi gil qablarda və xüsusi sobalarda bişirirlər. Əksəriyyətin belə sobalarda və küpədə bişirmək imkanı olmadığından, idni biz pitini adi qazanda, qaz və ya elektrik plitəsində bişirilir.

Gil bardaqda bişirilən piti süfrəyə elə bardaqdaca gətirilir, sonra piti bardaqdan boşqaba boşaldılıb təzə soğan, göyərti və şoraba ilə yeyilir. Təəsüf ki, onun xüsusi ləzzətini təsvir etməl mümkün deyil. Şəkildə bardaqda bişən pitini görə bilərsiniz.
 
Doğrudur, qazanda bişirilən piti əsl pitidən bir qədər fərqlənir, ancaq o da çox dadlıdır.
 
Qoyun əti (sümüklü və yağlı) bir porsiya üçün 1 parça
Kartof 1 böyük 1 porsiya üçün
Noxud
1 baş soğan
Tomat pastası
Alça
Sarıkök
Duz, istiot

Əvvəlcədən noxudu soyuq suda isladın və bir-neçə saat sonra natamam bişirin. Əti yuyub qazanın içinə qoyun və su tökün. Su ətin üstünədək olmalıdır. Qazana bir baş təmizlənmiş soğan atın və orta temperaturda bişirin. Ətin kəfini yığın, bulyon şəffaf omlaıdır. Qoyun ətini bir saata yaxın bişirin və duz əlavə edin. Ətin bişməyini çəngəllə yoxlayın, bişəndən sonra baş soğanı çixarıb atın. Soğan onun üçün atılır ki, qoyun ətinin qoxusunu özunə çəksin.

Kartofu təmizləyib qazana tökün, bir az sarıkök, noxud və alçanı əlavə edin. Kartof bişərkən yarım xörək qaşığı tomat pastası ya xırda doğranmış pomidor tökün. 5-10 dəqiqə bişirin. Hazır pitini süfrəyə verərkən, yanında lavaş ya çörək, nazik həlqələrlə doğranmış soğan, göyərti və ya şoraba da verilir.

Nuş olsun!

Milli.Az







Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.