Cəmiyyət

Sidikdə zülalın təyini

10 Sentyabr 2016 23:55
4 Şərh     Baxış: 22 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Normal halda gün ərzində sidiklə 30-150 mq-a qədər sülül xaric edilir. Hazırda bu miqdarda zülal sidiyin ümumi müayinəsində aparılan keyfiyyət sınaqları ilə aşkar edilmir. Ancaq bu sınaqlarda zülalın mqdarı 0,033q/l və ondan çox olduqda təyin edilir ki, bu da proteinuriya adlanır.
Proteinuriya böyrək və qeyri-böyrək mənşəli ola bilir. Böyrək mənşəli proteinuriya 2 cür olur:
- funksional
- üzvi.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, funksional proteinuriya böyrək filtirinin keçiriciliyinin artması nəticəsində meydana gəlir. Buraya yürüş, emosional, soyuq, ortostatik proteinuriyalar aiddir.
Üzvi böyrək proteinuriyası böyrək filtirinin iltihabı, damar patologiyaları və başqa struktur pozğunluqları nəticəsində keçiriciliyin artması nəticəsində baş verir. Bu zaman böyrək yumaqcığında olan dəyişikliklər az olduqda ondan yalnız kiçik molekullu zülallar keçir.
Yumaqcıq filtirinin ağır dərəcədə zədələnməsi nəticəsində kiçik molekullu zülallarla yanaşı iri molekullu zülallar da ifraz olunur. Buna qeyri-selektiv proteinuriya deyilir. Proteinuriyanın baş vermə səbəbinin bilinməsinin böyük əhəmiyyəti vardır.
Əmələgəlmə yerinə görə böyrək proteinuriyası yumaqcıq və kanalcıq mənşəli ola bilir. Proteinuriya həqiqi və yalançı ola bilir. Yalançı proteinuriya sidikdə qan formalı elementlərin parçalanması nəticəsində aşkar edilir. Bəzi hallarda hərarəti yüksək olan şəxslərdə, qan dövranında durğunluqlar olduqda və ya fiziki işdən sonra sidikdə zülal müşayiət olunur. Bu gərginlik proteinuriyası adlanır.
Sidikdə zülalın olmasını qaynatma və sulfasalisil turşusu sınağı ilə təyin etmək olar.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.