HİV-ə yoluxmuş şəxslərin müayinəsi və digər məslələrlə bağlı dövlət proqramı var. Bu xəstələr dövlət hesabına müayinə olunurlar. Dərman preparatları ilə pulsuz təmin olunmalıdırlar. Digər bir məsələ isə onların məşğulluğu ilə bağlıdır. HİV-ə yoluxmuş şəxslər işləyə bilərlərmi?
"Təmiz Dünya" İctimai Birliyinin hüquqşünası Ruslan Vəliyevin sözlərnə görə, Əmək Məcəlləsində HİV-ə yoluxmuş xəstələrin hər hansı bir işdə diskriminasiyaya məruz qalması ilə bağlı maddə yoxdur. Sadəcə müəyyən peşə sahələri var ki, orada HİV/AİDS xəstələri işə götürülmür. "Bu peşələrin sayı da çox azdır, təxminən 10-a yaxındır", - deyən hüquqşünas HİV-lə yaşayan şəxsin əmək hüquqlarının pozulmasını yolverilməz sayır.
Onun sözlərinə görə, ötən il qəbul olunan "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanunda göstərilir ki, HİV-lə yaşayan şəxsin işləməsinə yol verilməyən peşə növləri və vəzifələri istisna olmaqla onları HİV-ə yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və işdən azad etmək qadağandır. "Yəni nəinki onlar işə qəbul edilməməli, hətta işdə irəli də çəkilməlidirlər. Qanunda göstərilir ki, sağlamlıq haqqında arayış təqdim olunubsa işəgötürən özü də bu informasiyanı gizli tutmalıdır".
R.Vəliyevin dediyinə görə, hər hansı bir formada virus daşıyıcılarının təhsil alma hüququnun məhdudlaşdırılması da qanunla yolverilməzdir. "Təhsil müəssisələrinə qəbul edilmədən imtina, hər hansı tədirlərdə iştiraklarına məhdudiyyət qoyulması, təhsil müəssisələrindən xaric olunması, hər hansı formada təhsil hüquqlarının pozulmasına qadağa qoyulur. Təhsil müəssisələrinin rəhbərləri də həmin məlumatı qorumalıdır".
Bu arada Nazirlər Kabineti "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanunun tətbiqi ilə əlaqədar bir sıra qərarlar qəbul edib. Baş nazir Artur Rasizadənin imzaladığı qərarla "İnsanın immunçatışmazlığı virusu (İİV) ilə yaşayan şəxslərin qoruyucu vasitələrlə təmin olunması Qaydası", "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin Siyahısı", "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına göstərilən tibbi yardımın həcmi", "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan analardan doğulmuş bir yaşadək uşaqların qida məhsulları ilə pulsuz təmin olunması Qaydası" və "İnsanın immunçatışmazlığı virusu infeksiyasının profilaktikası üzrə zərərin azaldılması proqramlarının tətbiqi Qaydası" təsdiq edilib.
Qaydalara görə, İİV-lə yaşayan şəxslər yüksək, yaxud aşağı temperatur və təzyiq altında, vibrasiya, ionlaşdırma, şüalanma və radiasiyalı iş prosesində, kimya sənayesi sexlərində, kimya-biologiya, sənaye, mədən və digər istehsalat sahələrində, mədənçıxarma obyektlərində, fiziki hazırlıq və fiziki gərginlik tələb edən (müdafiə, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, sərhəd xidməti və digər hüquq mühafizə orqanlarının hərbiləşdirilmiş hissələri) peşə və vəzifələrdə, həmçinin tibb müəssisələrində invaziv müdaxilələrlə məşğul olan (başqalarını yoluxdurmaq riski yüksək olan) bütün sahələrində işləyə bilməzlər.
Qaydalara görə, İİV ilə yaşayan analardan doğulmuş bir yaşadək uşaqlar qida məhsulları ilə pulsuz təmin olunmalıdır. Bu uşaqların qida məhsulları ilə təminatı onlara ərazi üzrə xidmət göstərən ambulator-poliklinika şəbəkəsi tərəfindən sahə həkiminin və ya ailə həkiminin nəzarəti altında həyata keçirilməlidir. Süni qidalanan bir yaşadək uşaqlar qida məhsulları (süd qarışıqları və digər qida normaları) ilə 15 gündən bir təmin olunacaqlar.
"Ekspress" qəzeti
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
HİV xəstələri işləyə bilərmi?
1 May 2011 11:17
Baxış: 1 774

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: güclü motivasiya hiss edəcəksiniz
-
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynlidən açıqlama - VİDEO
-
Restoranlarda təhlükə: Qida təhlükəsizliyinə kim nəzarət edir?
-
Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
-
Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır - VİDEO
-
Günün qoroskopu: ailə ilə bağlı sürpriz hadisələr ola bilər
XƏBƏR LENTİ
-
Diş məcununu soyuducuya qoyun, görün nə olacaq
-
Zamiq qazancını buna xərcləyir
-
Azərbaycanda gəlinliklər niyə bahadır? - VİDEO
-
Arıqlama dərmanlarının ölümcül təsirləri: Mütəxəssislərdən xəbərdarlıq
-
Nəm salfetlər təhlükəlidirmi?
-
Dərinin qocalmasını ləngidən vitamin açıqlandı
-
Alimlər qoxunun xoş və ya xoşagəlməz olmasına beynin necə qərar verdiyini kəşf ediblər
-
Gənələrdən necə qorunmalı? - Sadə tədbirlər həyat xilas edə bilər
-
Xərçəngin bu növü Y nəslinin yeni kabusuna çevrilib
-
Avtomobilə uyğun yağı necə seçmək olar? - VİDEO
-
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
-
18 aylıq cəzadan sonra yenidən futbolda - göz yaşları sel oldu - VİDEO
-
Günün qoroskopu: güclü motivasiya hiss edəcəksiniz
-
Cəsədi Hövsandan tapılan gəncin əmisi danışdı - "Maşına baxırmış..." - VİDEO
-
Rusiyanın çirkin imperializmi: Azərbaycanlılara qarşı yeni aqressiya dalğası
-
Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
-
"Hyundai"nin bu modelində ciddi problem aşkarlandı - Bakının benzininə "dözmür" - VİDEO
-
Rusiya nə etmək istəyir?
-
Türk Ordusuna hücum oldu - Yaralananlar var
-
Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi
-
Rusiya baş nazirinin müavini Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub
-
Benzema aktrisa ilə evlənir
-
Stress "evimizi yıxır"
-
Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO