Cəmiyyət

Mayın 1-də Azərbaycanın 25 şəhərində sınaq imtahanı keçiriləcək

29 Aprel 2011 17:44
Baxış: 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 25 şəhərində sınaq imtahanı keçirəcək.

Komissiyanın mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Ağstafa, Şəmkir, Tovuz, Şəki, Goranboy, Zərdab, Ağdaş, Füzuli, Beyləqan, Hacıqabul, Lənkəran, Cəlilabad, Quba, Qusar, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 42 binada aparılacaq. İmtahanda iştirak etmək üçün 32045 nəfər qeydiyyatdan keçib. Sınaq imtahanında iştirakçılara yeni - 4 nömrəli test kitabçası təqdim olunacaq.

İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

TQDK-dan bildirilib ki, mayın 15-də keçiriləcək sınaq imtahanlarına Bakı şəhəri istisna olmaqla yazılış hazırda davam edir. Bakı şəhərində mayın 15-də keçiriləcək sınaq imtahanlarına abituriyentlər mayın 2-dən etibarən yazıla bilərlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.