Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qadınların və kişilərin xəyanət payı
5 Aprel 2010 10:02
Baxış: 4 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötənlərdə Milli.Az-da gedən yazıların birində belə bir fikir yer almışdı: Azərbaycanda xəyanət dəbə minir. Mövzu diqqətimi çəkdi.
Daşqalaq və ya şallaq
Xəyanət Azərbaycanda qəribə və orijinal bir formada yaşayır. Amma hər yerdə xəyanətin qarşısını ala biləcək sosial qadağalar sistemi var.
Din bu qadağalardan biridir. Azərbaycanda geniş yayılmış islam dini kişiyə 4 arvad almaq hüququ verir. Lakin mülki hüquq bu hüququ inkar etdiyinə görə islam dininin bu müddəası hüquqi qüvvəsini itirib, Azərbaycanın tarixi ilə bağlı bir fakta çevrilib. İslam dini çoxarvadlılığa imkan versə də xəyanətə imkan vermir. Xəyanət dində zina adlanır və ona sərt cəzalar müəyyən edilib. Zina edən evlidirsə, daşqalaq edilir, subaydırsa, ona 100 şallaq vurulur.
Bu hökmdə qadın və kişi fərqi olmasa da, tarixən bu cəza əsasən qadınlar üzərində tətbiq edilib.
Beləliklə, islam xəyanəti zina adlandırır, onu cinayət əməli sayır və ən ağır cəzanı tətbiq edir.
Xəyanətə dözən ər və arvad niyə başqa cür adlanır?
Milli mentalitetimiz isə islamdan fərqlidir. Bir çox hallarda milli mentalitetimiz kişinin xəyanətini bağışlayır. Bununla bağlı möhkəm ictimai rəy var, eləcə də çoxlu məsəllər, atalar sözləri.
İslamın dörd arvad prinsipi də mentalitetə təsirini göstərib. Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabında yazır: "Neft milyonçularının arvadları tez-tez bir yerə yığışıb məclis qurar, kimin ərinin məşuqəsinin gözəl olduğu barədə mübahisə edib, axırda da saçyolduya çıxardılar...".
Yüz il əvvəl də belə idi, indi də belədir.
Kişi xəyanət edirsə və bunun üstü açılırsa iki yol var: əksər hallarda qadın kişini bağışlayır, bu xəyanətlər ardıcıl şəkil alırsa, boşanırlar.
Qadın xəyanət edirsə və bunun üstü açılırsa, iki yol var: Mütləq boşanırlar, ya da kişi qadını öldürür. Ərinin xəyanətinə dözən qadın ideal namusluluq modelidir, qadının xəyanətinə dözən kişi isə ideal namussuzluq modeli. Bu cür qadın "ailəsini qoruyan, namuslu, dəyanətli" qadın sayılır. Eyni cür kişi isə "əxlaqsız" kimi damğalanır.
İslamın ölkədə prioritet kimi qəbul edilməməsinin daha bir sübutu bu "damğa"dır.
Xəyanətin səbəbləri varmı?
Azərbaycan üçün xəyanətin səbəblərindən biri evlilik üçün qadın seçimində evlənən tərəflərin rəylərinin nəzərə alınmamasıdır. Belə hallarda kişinin gözü ətrafda qalır. Eləcə də qadının.
Öz seçimi ilə evlənmədiyini düşünən insanlar kompleksə qapılıb, xəyanətlə bu komplekslərini dağıtmaq, eqolarını rahatlaşdırmaq istəyirlər.
Başqa bir səbəb cəmiyyətin iqtisadi mənada inkişaf etməməsidir, kişilər evə pul gətirdiklərinə görə ailədə əsas rol alırlar və bu onlara xəyanət etmə azadlığını da verir.
Qadın iqtisadi baxımdan zəif olduqda, işləmədikdə, evə məhkum olduqda kişinin də xəyanət imkanları artır.
Əsas səbəblərdən biri də kişilərin poliqamiyaya, yəni çox qadınlı olmağa olan fizioloji meylidir. Yalnız möhkəm ailə münasibətləri bu fizioloji meyli dağıtmağa qadirdir. Yalnız sağlam dini təmayüllər islam terminologiyasında "nəfs" adlandırılan fizioloji tələbatları buxovlamağa qadirdir.
Qan Turalı
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır: Hansı sözlərin yazılışı dəyişəcək?
-
Boşanmaların sayına görə ilk sırada hansı rayon gəlir?
-
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib - (Yenilənib)
-
“Diqlas”ın yerində yeni ticarət mərkəzi tikilir - (Foto)
-
Ələtdə hava limanının tikintisinin başa çatacağı vaxt açıqlandı
-
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib
XƏBƏR LENTİ

Simeone La Liqada tarixi rekorda imza atdı
-
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib - (Yenilənib)
-
Şəhriyar Əbilov: "Bu, nə idi yaşadığım? Nur içində yat"
-
Bakıda hoteldə 46 yaşlı kişi öldü
-
Sılanın əzələli görünüşü diqqət çəkdi - (Video)
-
Qəzetlərə çap üçün aylıq 5 000 manat, saytlarına isə 3 000 manat dəstək veriləcək
-
Bakıda pirotexniki vasitələr aşkar edildi
-
“Heç kimin insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur”
-
Nəfəs Pünhanla yayılan videosuna açıqlama verdi
-
“Diqlas”ın yerində yeni ticarət mərkəzi tikilir - (Foto)
-
Faiq Məmmədov qəfil vəfat etdi
-
Bakıda söküntü zamanı faciə: 30 yaşlı kişi 3-cü mərtəbədən yıxılıb öldü
-
Ələtdə hava limanının tikintisinin başa çatacağı vaxt açıqlandı
-
APEC Sammiti: Si Cinpinin təklifləri dünya ticarəti və Azərbaycan üçün nə vəd edir?
-
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq öldü
-
Azərbaycan-Vyetnam əlaqələri gələcəyə hesablanmış münasibətlərin nəticəsidir - Kamaləddin Qafarov
-
Vəfadan toyu ilə bağlı açıqlama: "Sevgilimdən evlilik təklifidir" (Video)
-
Marketdən oğurladığı enerji içkilərini 160 manata satdı - 23 sutka həbs verildi
-
Astarada 3 nəfər 10 kiloqramdan çox narkotiklə saxlanıldı
-
Pünhan Piriyevlə Nəfəsin müzakirə yaradan səmimi görüntüsü (Video)
-
Eyni mənzili bir neçə nəfərə satdı, həbs olundu - Tanınmış şirkət rəhbəri saxlanıldı