Cəmiyyət

Orxideya gülünə necə qulluq edək? - DÜZGÜN QAYDALARI

13 Avqust 2016 23:50
7 Şərh     Baxış: 41 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evinizə gözəllik qatan orxideyalarınıza necə qulluq etməlisiniz?

Milli.Az lent.az-a istinadən orxideya gülünə düzgün qulluq qaydalarını təqdim edir.
 
Əvvəlcə orxideyalara uyğun köklərinin də işıq ala biləcəyi şəffaf saxsı bir qab seçin.
Orxideyalar həftədə iki dəfə sulanmalıdır. Təmiz, ilıq və bir stəkan ölçüsündə su orxideya üçün idealdır. Yenə həftədə bir, ya iki dəfə orxideyanın yarpaqlarına su püskürtmək də çiçəyin ehtiyacını qarşılamasına yardım edər. Sulamaq üçün saf su qaynağından istifadə edin.
 
Orxideyanın nəmi azaldığında çiçəklərini itirməmək üçün özünü müdafiəyə başlayar və çiçək çıxarmazlar. Buna görə orxideyalar 40-70% arası nəmliyi olan məkanlarda saxlanmalıdır.
 
Təbiətdə yetişən orxideyalar 8-10 dərəcəlik gecə-gündüz istilik fərqində yaşayarlar. Buna görə gecə və gündüz istiliyi nizamlı olmalıdır.
 
Orxideyanın yarpaqları çəmən yaşılı tonlarında olmalıdır. Əgər çox tünddürsə, deməli, yetəri qədər işıq almayıb.
 
Orxideyanın əkildiyi saxsı qabın altında 4-5 ədəd fındıq ölçüsündə deşiyin olması lazımdır.
 
Orxideyanın çiçəkləri töküldükdən sonra yenidən çiçəklənməsi üçün budamaq lazımdır. Əgər çiçək sapı sarı, ya da qəhvəyi rəngə dönübsə, demək quruyub. Yenidən çiçək sapı buraxması bir az zaman alacaq.
 
Hər iki ildən bir orxideyanın torpağını dəyişdirin.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.