Hazırcavablıq nədir? Hazırcavablıq nə zaman yaxşıdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər kəsin arzusu budur ki, səlis danışmağı bacarsın və insanların verdiyi suallara tez bir zamanda məntiqli cavablar versin. Bəzən elə sözlər eşidirik ki, həmin an ona cavab vermək qüdrətində olmuruq. Bir müddət keçəndən sonra öz-özümüzə deyirik ki, kaş filan cavabı verərdim.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, hazırcavab olmaq cəmiyyətdə bəzən xoş qarşılanır, bəzən də pis. Bəzən ədəbsizlik kimi də qəbul olunur. Bəzən də o cəmdə olan insanları sevindirir və xoşhal edir. Mühüm olanı odur ki, biz bu qabiliyyətə və məharətə malik ola bilək. Hər bir şəraitdə lazım olan cavabı verə bilək.
Lakin nəzərə almaq lazımdır ki, hazırcavab olmaq ağlına gələn hər sözü demək deyildir. Hazırcavab insan özünü kontrol edə bilir və verdiyi cavabların məntiqli olmasına diqqət edir. O zaman ki, siz qarşı tərəfə görə əsəbiləşməmisiniz və əsəb gərginliyi sizə təzyiq göstərmir - həmin insana cavab vermək üçün münasib zamandır. Ancaq hazırcavab olmağınızla qürurlanmayın, çünki ağılsız hesab oluna bilərsiniz.
Bəzən hazırcavab insanların sükut etdiklərini görmək olar. Bu da həmin şəraitdə cavab verməyin nə qədər məntiqsiz olduğundan xəbər verir. Bəzən kiminsə səhv rəftarı qarşısında susmaq belə, hazırcavablıq hesab olunur. (Tebyan)
Yəhudilərdən biri Əmirəl-mömininə (ə) buyurur: "Siz hələ peyğəmbərinizin (s) cənazəsini dəfn etməmiş, haqqında nəzər ayrılığı etdiniz". İmam (ə) cavabında buyurur: "Biz Peyğəmbərin (s) vəsisi barəsində nəzər ayrılığı etdik, nəinki özü barəsində. Ancaq siz yəhudilər Musa (ə) ilə birlikdə dənizdən keçdikdən sonra və fironlular qərq olandan sonra peyğəmbərinizə dediniz: "Bizim üçün məbud qərar ver. Necə ki, bütpərəstlərin bütdən məbudları vardır". Musa (ə) da cavabında buyurdu: "Siz nadan bir cəmiyyətsiniz"".
Bir gün Müaviyyə (lən) bir məclisdə idi ki, İmam Əlinin (ə) qardaşı Əqil də orada idi. İnsanlara dedi: "Siz Əbu Ləhəbi tanıyırsınız? Allah "Məsəd" surəsini onun barəsində nazil etmişdir?". Şam əhli dedilər: "Yox, tanımırıq". Müaviyyə dedi: "Əbu Ləhəb bu şəxsin (Əqilin) əmisidir". Əqil insanlara dedi: "Siz Əbu Ləhəbin arvadını tanıyırsınızmı ki, Allah onun haqqında buyurur: "Həyat yoldaşı odun gəzdirirdi və boynunda xurma liflərindən kəndir asılmışdı?"". Şam əhli dedi: "Xeyr, tanımırıq". Əqil dedi: "Bu qadın - Müaviyyənin bibisidir". Əqilin bu cavabı Müaviyyənin başını aşağı saldı və bir daha dilini açmadı.
Ariflərdən biri bir uşaqdan soruşur: "Əgər mənə desən ki, Allah haradadır, sənə bir dənə portağal verəcəyəm". Həmin oğlan cavabında dedi: "Mən sizə iki ədəd portağal verərəm, əgər Allahın harada olmadığını desəniz".
Yoxsul bir kişi məclisə daxil olur və zəngin insanın yanında əyləşir. Zəngin insan onun yanında oturmaqdan narahat olur və deyir: "Səninlə uzunqulaq arasında nə qədər fərq vardır?". Yoxsul deyir: "Bir metrə qədər". Zəngin bu cavabdan susur və başını aşağı salır".
Bəli, hazırcavab olmaq yaxşıdır, ancaq qırmızı xətləri həmişə qorumaq lazımdır. Məntiqli hazırcavab olmaqla məntiqsiz hazırcavab olmağın arasındakı fərqi tanımalıyıq. Qırmızı xəttimizin harada olduğuna diqqət etməliyik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
8 saatlıq yuxu qaydası dəyişir
-
Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər
-
Hövsanda su problemi nə vaxt həll olunacaq?
-
Qış gəlir: Avtomobilinizin bu 5 hissəsini yoxlamasanız, yolda qala bilərsiniz
-
Abşeron xəstəxanasında həkimlə bağlı iddiaya rəsmi açıqlama
-
Bakıda bəy xına məclisinə kosmonavt geyimində gəldi (Video)
XƏBƏR LENTİ
-
Qvardiola Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olmaqdan imtiha etdi
-
Vəkil Orxan Kəngərli həbs olunub - Yenilənib
-
Qaxda yeniyetmənin idarə etdiyi avtomobil aşıb, 4 nəfər xəsarət alıb
-
Kvaratsxeliya "ilin adamı" seçildi
-
Tbilisidə binada partlayış - 4 nəfərin meyiti çıxarılıb
-
8 saatlıq yuxu qaydası dəyişir
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Məhəmməd Musayev Özbəkistanda bürünc medal qazandı - (Foto)
-
Abel Məhərrəmov Məleykə Abbaszadədən danışdı
-
Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq, 6 marşrutun sxemi dəyişəcək
-
Yoldaşını və qızını ağır qəzada itirən qadının vəziyyəti açıqlandı - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib - (Foto)
-
Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər
-
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
-
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir - təxribat
-
Hövsanda su problemi nə vaxt həll olunacaq?
-
Qış gəlir: Avtomobilinizin bu 5 hissəsini yoxlamasanız, yolda qala bilərsiniz
-
Bakıda kanalizasiyaya düşərək ölən gəncin işi üzrə vəzifəli şəxsə hökm oxundu
-
Abşeron xəstəxanasında həkimlə bağlı iddiaya rəsmi açıqlama
-
Bakıda bəy xına məclisinə kosmonavt geyimində gəldi (Video)
-
BDU-nun dosentinin intiharından əvvəl yazdığı məktub üzə çıxdı
-
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - (Foto)
-
Bakıda küləyin sürəti 28 m/san-yə çatacaq - Xəbərdarlıq
-
Tanınmış xanəndənin anası ilə oğlu ilk dəfə efirdə (Video)





