Cəmiyyət

Martın 18-nə olan hava proqnozu

18 Mart 2011 02:00
Baxış: 7 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Bakıda gecə 4-6°, gündüz 13-15° isti olacaq.
Atmosfer təzyiqi 765 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-65 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 13-18° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 0-3° isti, gündüz 12-17° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 5-10° isti təşkil edəcək.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 1-6° , gündüz 13-18° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir.
Temperatur gecə 2-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 8-13° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: yaxın 2-3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişli olacaq.
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.