Cəmiyyət

Kassa var, bilet alan və ya satan yox?! - VİDEO

17 Fevral 2016 22:22
0 Şərh     Baxış: 1 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Növbəti süjetimiz Bakı Beynəlxalq Avtovağzalındandır. Əməkdaşlarımız burada kiçik bir monitorinq keçiriblər. Məlum olub ki, bu avtovağzalda sərnişinlərin böyük əksəriyyəti mənzil başına bilet almadan gedirlər. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bilet əvəzinə sürücüyə pul verirlər və bu məbləğ biletdən 50 faiz baha olur. Bəs sərnişinlər niyə bilet almırlar və ya avtovağzal rəhbərliyi niyə bu problemi qaydasına qoymur? Süjetimizi izləyək.

Bakı Beynəlxalq Avtovağzalında əksər sərnişinləri danışdırsanız, eyni cavabı alarsınız. Çünki paytaxtdan rayonlara gedən sərnişinlərin böyük əksəriyyəti kassadan bilet almaq əvəzinə, sürücüyə pul verməklə mənzil başına çatırlar. Üstəlik, kassa bileti ilə sürücünün tələb etdiyi məbləğ arasında 50 faizədən fərq olur.

Az sayda da olsa, biletlə sərnişin daşıyan avtobus sürücülərinə də rast gəldik.

Bəzi hallarda isə kassadan bilet alan sərnişin avtobusa mindikdə onun yerində başqa bir sərnişinin əyləşdiyini görür. Bu isə müəyyən mübahisələrə səbəb olur. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sözçüsü Məhəmməd Abduallayev isə məsələdən xəbərdar olduqlarını deyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Kassa var, bilet alan və ya satan yox?!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.