Cəmiyyət

"Çudo Peçka" Röyanın keçmiş qaynatasına qaytarıldı

17 Fevral 2016 11:34
4 Şərh     Baxış: 5 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çudo Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarı ilə şirkətin keçmiş sahiblərinə qaytarılıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov xəbər yayıb: 

"Son beş ildə "Bakery Operating Company" MMC-nin idarəçiliyinə verilmiş "Çudo-Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarına əsasən, 15.02.2016-cı ildə şirkətin qanuni təsisçilərinə qaytarıldı.

"Çudo-Peçka" mağazalar şəbəkəsində "Bakery Operating Company" MMC-nin və direktor Azad Abdullayevin qaranlıq işləri səlahiyyətli şəxslər tərəfindən araşdırılmağa artıq başlanıb. Nəticələr barədə məlumat veriləcəkdir".

A.Cəlilov bundan sonra sözügedən mağazalar şəbəkəsinə yenidən atası Çingiz Cəlilovun rəhbərlik edəcəyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.