- Sizə görə həyatda ən asan və ən çətin şey nədir?
- Ən asan şey yaşamaqdı. Ən çətin şey də insan kimi yaşamaqdı.
- Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız, dolanışığınızı necə çıxarardınız?
- Torpaqdan çıxarardım. Əcdadım kimi, minnətsiz.
- Keçdiyiniz ömür yoluna baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?
- Üzülürəm ki, az iş görmüşəm. Sevinirəm ki, sağam, hələ iş görə bilirəm.
- Valideyn və müəllimlərdən başqa özünüzü kimlərə borclu bilirsiniz?
- Bütün rast gəldiyim yaxşı insanlara.
- Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?
- Vətən - Azərbaycanım.
- Özünüzü hansı peşədə daha yaxşı ifadə edə bilərdiniz?
- Öz peşəmdən razıyam, elə onunla da məşğulam.
- Üzr istəmək sizə ağır gəlmir ki?
- Günahkar olanda üzr istəmək imkanım olmasa, özümü çox pis hiss edirəm.
- Sabir deyir: "Ağladıqca kişi qeyrətsiz olur", siz necə düşünürsünüz?
- İnsan sevincdən də, kədərdən də ağlamağı, gülməyi bacarmalıdı. Burada ürəyinin səsinə qulaq asmalıdır. Gülməli yerdə ağlaya, ağlamalı yerdə gülə də bilər.
- "Kaş ki... ölkədə doğulaydım,... xalqın nümayəndəsi olaydım" dediyiniz olurmu?
- Yüz dəfə doğulmalı olsaydım, elə burada doğulmaq istərdim, pis dövründə də, yaxşı dövründə də...
- Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?
- İnciklik olur, küsüşmək olmur. Olsa, mən barışaram.
- Özünüzü kimin qarşısında günahkar bilirsiniz və kiminsə günahını bağışlamısınızmı?
- Heç kəsin qarşısında günahkar deyiləm. Kim bağışlanmasını istəsə, bağışlayaram.
- Sizcə, azadlıq istədiyini eləməkdir, yoxsa istəmədiyini?
- Azadlıq - cəmiyyət əxlaqı çərçivəsində istədiyin kimi yaşaya bilməkdir.
- Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?
- Sevgi ümid işığıdır.
- Ən çox nə zaman utanırsınız?
- Yaşlı adamlar yalan danışanda.
- Ölüm nədir?
- Ölüm geriyə dönmək - yenidən başlamaqdır.
- Çoxlu pulunuz olsa, hara xərclərdiniz?
- İnsanlara pul qazanmağı öyrətməyə xərclərdim.
- "Mən almasam, bir başqası alacaq, mən olmasam, başqası olacaq" düşüncəsi nəyi ifadə edir?
- İnsanın zəifliyini, tamahına bəraət qazandırmağını.
- Həyatda ən böyük təsəlliniz?
- Allah var, hər şeyi görür.
- Sizə hansı mövzuda sual verilməsini heç arzulamırsınız?
- Elə bir sual yoxdur. Cavabını bilmədiyim suallar da çoxdur.
- Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?
- Seldə axan adam kimi, tərsinə üzmək olmur.
- Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?
- Həyat budur, amma yaşamaq lazımdır.
- Sizə görə insanda ən yaxşı və ən pis xarakter hansılardır?
- Çalışıb minnətsiz yaşamaq. Günahı başqalarında axtarmamaq.
- Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq olmusunuzmu?
- Sənətkara layiqincə hörmət bəsləmişəm. Heyranlıq, aşiqlik mənim işim deyil.
- Övladlarınız sizi atsalar, onlara nə deyərdiniz?
- Övladlarım məni nə qədər tez atsalar, o qədər çox sevinərəm. Təki özləri yaşamağı öyrənsinlər.
- Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?
- Sözlər hamısı gözəldir, amma yerinə düşəndə.
- Fürsət olsa, ölümqabağı nə vəsiyyət edəcəksiniz?
- Yaşarkən çalışın, yaxşılıq edin.
- Ən çox nədən qorxursunuz?
- Mən qorxmuram ölümdən,
Qorxuram ki, mən
Ölmək lazım gələndə
Ölə bilməyəm.
- Xoşbəxt olmaq üçün nəyiniz çatmır?
- Olanım mənim üçün bəsdir.
- Sizin kimlərə və nə kimi xeyriniz var?
- Mən yaxşılıqla yaşayıram, bilmirəm bundan kimə nə xeyir dəyib.
- Bu dünya bir insan şəklində qarşınızda dursa, ona nə deyərdiniz?
- Sən busanmış?! - deyərdim.
- Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?
- Əqidəmə və əxlaqıma zidd olan hər şeydən imtina etmişəm.
- Gənclik hansı yaşda bitir?
- Ürək qocalanda.
- Dostlarınız çoxdurmu? İnsanlar niyə dost olurlar?
- Dostlarsız dünyada qərib olarsan. Mənim dostlarım azalıb, arada qəribsəyirəm.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Fikrət Qoca: "Qorxuram ki, ölmək lazım gələndə ölə bilməyəm"
6 Mart 2011 13:21
Baxış: 847

DİGƏR XƏBƏRLƏR
-
İdmansız incə belin sirri - Bu qidaları nə qədər yesəniz də kökəltmir
-
Günün qoroskopu: Azadlıq və fərdiyyət ehtiyacın artır
-
İllərlə zərərlidir deyib yeməyə imkan verməyiblər - Əslində çox faydalı imiş
-
Əlillik düzgün təyin edilməyib - "1-ci qrup əvəzinə 3-cü qrup" - ŞİKAYƏT
-
Nazir Səidə Tağızadəni direktor təyin etdi
-
Bu taksi sürücüləri cərimə olunacaq
XƏBƏR LENTİ
-
“X”dən daha bir yenilik
-
Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI
-
İş axtaranların nəzərinə: Ən çox tələb olunan beş ixtisas
-
İdmansız incə belin sirri - Bu qidaları nə qədər yesəniz də kökəltmir
-
Səhərlər bu içkini içmək ürəyi qoruyur, ömrü uzadır
-
Heç vaxt saçınızı yumaq əvəzinə quru şampundan istifadə etməyin
-
2050-ci ilə qədər milyonlarla insan xərçəng riski ilə üz-üzə qalacaq - Düyüyə görə
-
Ağcabədidə ağır qəza - ölənlər var
-
Kelloq: Kiyev bəzi ərazilərdən güzəştə getməyə razıdır
-
“Barselona” - “İnter” matçında 6 qol vuruldu
-
2025-ci ilin 7 ən yaxşı yolsuzluq avtomobili
-
Bir ailənin iki üzvü qəzaya düşdü: Ölən və yaralanan var
-
İsrail meşə yanğınlarının söndürülməsində Azərbaycandan kömək istəyir
-
Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
-
Masallıda məktəbli qızlar arasında dava
-
Moskva metrosunda uşaq doğuldu - VİDEO
-
Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib - FOTO
-
Daha bir serial yayımdan qaldırıldı
-
Bu gündən I sinfə şagird qəbulu başlayır
-
Günün qoroskopu: Azadlıq və fərdiyyət ehtiyacın artır
-
Beyonsun konsertində qızlar saçyolduya çıxdı - FOTOlar
-
Şarj dövrü tarixə qovuşur - 50 il işləyə bilən batareyalar satılacaq
-
Dərbəndin yeni başçısı azərbaycanlı oldu
-
Məşhur rusiyalı müğənni Ukraynada yaşayış icazəsi aldı - FOTO