Cəmiyyət

"Azadlıq prospekti" metrosunun çıxışı niyə "soyunduruldu"? - FOTO - YENİLƏNİB

3 Mart 2011 15:13
Baxış: 2 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva isə Milli.Az xəbər portalına açıqlamasında stansiyanın çıxışındakı şüşə lövhələrin təmizlənməsi barədə fikri təkzib etdi. Onun sözlərinə görə, şüşələrin çıxarılması dizaynla bağlıdır. Belə ki, çıxışın dam hissəsinin şüşəsi ilə yan lövhələr arasında rəng fərqi vardı. Bu isə gözəlliyə xələl gətirirdi. Ona görə də yan şüşələr çıxarılaraq üst hissə ilə eyni rəngdə olanlarla əvəzlənir. 

-----------
2 mart
18:57

Nəhayət, günün sonunda Bakı Metropolitenindən məsələ ilə bağlı məlumat əldə etmək mümkün oldu. Metropolitenin baş mühəndisi Elbrus Muradov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, stansiyanın çıxışındakı şüşə lövhələrin sökülməsi dizayn dəyişikliyi və ya hər hansı problemlə bağlı deyil. Baş mühəndisin sözlərinə görə, lövhələr təmizlənməsi üçün çıxarılıb: "Şüşə lövhələri başqa cür təmizləmək mümkün olmadı, ona görə də çıxamaq lazım gəldi. Təmizlənmə işləri aparıldıqdan sonra lövhələr qaytarılaraq yerinə bərkidiləcək". 

----------
18:19

Bakı Metropolitenin "Azadlıq Prospekti" stansiyasının çıxışı görənləri təəccübləndirib. Milli.Az xəbər portalının məlumata görə, bu stansiyanın 4 çıxışının şüşə örtüyü sökülüb. Keçidin 3 tərəfindən şüşə lövhələr çıxarılıb.
Metrostansiyanın çıxışları əvvəl 3 tərəfdən rəngbərəng şüşələrlə örtülmüşdü.

Aparılan işlərin dizayn yenilikləri olması və yaxud başqa səbəbdən olması bəlli deyil.

Təminən bir il əvvəl istifadəyə verilən, 1 tağlı sütunsuz formada olan metrostansiya istifadəyə verildikdən sonra keçidlərdən birinin ətrafında çökmə baş vermişdi.

Şüşələrin çıxarılmasına gəldikdə, gün ərzində dəfələrlə əlaqə saxlasaq da, Bakı Metroplitendən məsələyə münasibət bildirən olmadı.

Anar Məmmədov
Milli.Az













Söküntüdən öncəki görüntü:



Foto Milli.Az

Xəbərə uyğun linklər:

Metroda yenə bazar açılır...

"Azadlıq prospekti" stansiyasının tavanı damır - FOTO
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.