Şaxta babanın da unutduğu 3 ac uşaq…
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Siyəzənin Böyük Həmyə kəndində yaşayan Sevinc Allahverdiyeva təkbaşına idarə etməyə çalışdığı ailənin çətinliklərindən danışıb.
Milli.Az azadliq.org-a istinadən bildirir ki, 33 yaşlı qadının həyat yoldaşı 3 il əvvəl vəfat edib. 3 azyaşlı uşağın qayğıları onun çiyinlərinə düşüb. O, yerli bələdiyyədən, icra hakimiyyətindən kömək istəyir: "Evimin döşəməsi yoxdur, tavanı isə başımıza çökür. Uşaqların hərəsi bir cür xəstəlik tapıb. Onları atasız, təkbaşına böyüdürəm. Nə dövlət yardımı var, nə də aliment. Qonşuların hesabına həyatdayıq. Döşəməsiz, istiliksiz, susuz, işıqsız yerdə qalırıq. Uşaqlarımın ayaqları tutulub, ciyərləri, böyrəkləri sıradan çıxıb".
Sevinc Allahverdiyevanın sözlərinə görə, evin dam örtüyü sınıq-sınıqdır. İcra nümayəndəsi bələdiyyənin, bələdiyyə də icra nümayəndəsinin üstünə göndərir. Son söz də bu olur ki, kömək etməyə vəsait yoxdur. Ailə ünvanlı sosial yardım da ala bilmir. Qadının işsizliyini səbəb gətirib sənədlərini qəbul etmirlər: "Vallah, müraciət edirəm. İcra hakimiyyətinə də gedirəm, deyirəm, süpürgə götürüm, həyətinizi süpürüm, təki uşaqlarıma bir qarın çörək verin. Onların günahı nədir ki, günlərlə ac qalırlar? Məktəbə ac-susuz gedib-gəlirlər... Bəhanə gətirirlər ki, ixtisasım yoxdur".
Şikayətçi deyir ki, kənddə 2-3 varlı ailə var, süfrələrinin artığını onlara göndərirlər. O da ki, yadlarına düşəndə...
Siyəzən Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu vaxtadək Sevinc Allahverdiyeva tərəfindən hər hansı müraciət olunmayıb. İkinci tərəfdən, o, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etməlidir.
Rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən bildiriblər ki, Sevinc Allahverdiyeva yeni ilin ilk iş günlərində Mərkəzə müraciət etsin, sənədlərini baxışdan keçirib qərar verəcəklər.
İndiliksə Böyük Həmyədə 4 yaşlı Hikmətin, 5 yaşlı Zahirin, 9 yaşlı Əsədin, 11 yaşlı Elnurənin gözü qapıda qalıb. Bu bayramı da qurmağa yolkaları, süfrəyə qoymağa yavan çörəkləri yoxdur...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
XƏBƏR LENTİ
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
UEFA Avropa Liqası: İlk turun matçları
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var - (Video)
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
Neftin qiyməti ucuzlaşdı
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır





