Cəmiyyət

Ata, mənə kompüter al!

18 Fevral 2011 08:45
Baxış: 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
17 +, yoxsa 17 yaşa qədər?

Yəqin hər bir valideyn uşaqlarının kompüter arzusunu artıq reallaşdırıb və ya bu barədə düşünür. Bir çoxları isə kompüterdən uzun müddətdir ki evlərində aktiv şəkildə istifadə edir. İnternet qiymətlərin aşağı düşməsi və əlçatan olması kompüterlərin rahatlıqla veb şəbəkəyə qoşulmasını təmin edir.

Bu gün Azərbaycan internetində uşaqlar üçün təhlükəli olan kontent siyahısı və ya hər hansı saytlara girişi qadağan edən heç bir proqram təminatı mövcud deyil. Lakin, bu məsələ, kifayət qədər ciddi yanaşılmasını tələb edir. Xüsusən, uşaqlar yanınızda olmayanda və ya öz otaqlarında internetdə vaxt keçirərkən hansı məlumatlarla tanış olduqlarını bilməyiniz çox vacibdir. Zorakılıq səhnələri, pornoqrafiya və digər təhlükəli kontent ilə üzləşdikdə uşaqlar hansı qərarı verəcəklər? Yetkinlik yaşına çatmayan və hər bir yeni məlumata böyük maraqla yanaşan uşaqlar bu informasiyaları, görüntüləri qəbul edəcəklər, yoxsa "close" opsiyasını seçəcəklər?

Uşaqlar sosial şəbəkədə nə gəzir?

Digər tərəfdən Sosial şəbəkələrin Azərbaycanda hədsiz populyarlığı (Azərbaycanda 200 minə yaxın insan bu şəbəkələrdən istifadə edir) burada qeydiyyatdan keçən uşaqların sayına da öz təsirini göstərib. Nəticədə yetkinlik yaşına çatmayan və azyaşlı uşaqlara Facebook və Odnoklassniki səhifələrində rast gəldikdə artıq heç kəs təəcüblənmir. Kifayət qədər azad məkan, filtrasiyadan keçməyən şərhlər və müxtəlif statuslar, kiminlə dostluq edəcəyi məlum olmayan bu şəbəkələrdə baş verənləri görən azyaşlılar hansı nəticələrə gəldiklərini düşünmək belə çətindir.

Bir çox ölkələrdə uşaqların virtual aləmdə qorunmasının təmin edilməsi naminə qeyri-hökümət təşkilatları, özəl biznes qurumları, eləcə də dövlət orqanları böyük layihələr hazırlayırlar. Məsələn, Rusiyada "İnternet Təhlükəsizlik Liqası" yaradılıb və bu liqanın işi məhz təhlükəli kontent ilə mübarizə aparmaqdır. Türkiyədə isə təhlükəli kontenti olan saytlara giriş ümumiyyətlə, qadağan olunub və məhdudlaşdırılıb.

Bu gün Azərbaycanda da internet təhlükəsizliyi ilə başlı çox ciddi düşünməyin və bu sahədə addımların atılmasının vaxtı çatıb. Azərbaycanda ən çox girilən saytların monitorinqi keçirilməli və təhlükəli kontentə malik saytlar müəyyən olunmalıdır. Bu kontentin daşıyıcılarına qarşı hansı tədbirlərin görülməsi müzakirə olunmalıdır.

Valideynlərin nəzərinə: uşaqları necə qorumalı?

Onu da qeyd etmək lazımdır ki, ilk filtrasiya və təhlükəsizlik addımları məhz valideynlər tərəfindən atılmalıdır. Bu məqsədlə valideynlərə bir neçə məsləhət verməyi lazım bildik:
• Valideyn nəzərəti proqram təminatından istifadə edin (parent control)
• Azyaşlı uşaqlarınızı sosial şəbəklərdə qeydiyyatının qarşısını alın.
• Antiviruslarda xüsusi valideyn nəzarati opsiyasını aktivləşdirin (Bir çox anti-virus proqramlarında mövcuddur - Norton İnternet Security, Dr Web, McAfee, Symantec və s.)
• İnternet Jurnal (history) funksiyasından yararlanaraq uşaqlarınızın hansı saytları açdığına, nə kimi məlumatlarla maraqlandığına ciddi fikir verin.
• Saytların qara siyahısını (Black list) formalaşdırın və tətbiq edin.
• Ən əsası- Uşaqlarınızla internet istifadəsinin məqsədlərini aydınlaşdırın, müəyyən maarifləndirmə işləri aparın.

Əziz Axundov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.