Cəmiyyət

"Qafqazinfo"nun rəhbəri Ramil Usubova müraciət etdi

25 Avqust 2015 18:18
Baxış: 4 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qafqazinfo" saytının rəhbəri Elbrus Ərud (Seyfullayev) "Qafqaznews" və bu qurumun rəhbəri Tağıyev Mahmud Rasim oğlunu məhkəməyə verib. 

Milli.Az xəbər verir ki, bu barədə "report"a "Qafqazinfo.az" xəbər saytı və saytın sahibi Elbrus Ərudun vəkili Adəm Məmmədov məlumat verib.

Nərimanov rayon Məhkəməsindən Elbrus Ərudla bağlı "Qafqaznews" xəbər agentliyi tərəfindən yayılan məlumatların təkzib olunmasının təmin edilməsi, həmçinin onun şərəf, ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi məqsədi ilə Mahmud Tağıyevdən 100 min manat tutulması istənilib.

"Qafqazinfo"nun rəhbəri Elbrus Ərud isə "report"a açıqlamasında bu gün daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova teleqram vurduğunu da əlavə edib: "Qafqaznews-un mənim ünvanıma yazdığı təhqirləri də teleqrama əlavə etmişəm. Çünki o agentlik Mətbuat Şurasının xəbərdarlığından nəticə çıxarmadan məni təhqir etməkdə davam edir. Bunun qarşısının alınması üçün təcili olaraq Ramil Usubov və Zakir Qaralova müraciət etdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.