İtirilmiş və oğurlanmış telefonlar üçün bu nömrəyə zəng vurun - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müxtəlif səbəblərdən bəzi şəxslərin mobil telefonu itə, ya da oğurlana bilir.
İtmiş və ya oğurlanmış mobil telefonların tapılması mümkündür. Sadəcə, bunun üçün müvafiq qurumlara vaxtında müraciət etmək lazımdır.
Bu gün müxtəlif səbəblərdən bəzi şəxslərin mobil telefonu itə, ya da oğurlana bilir. Nəticədə telefonsuz qalan vətəndaş, onu necə tapacağı və hansı üsullarla axtaracağı sualı ilə müəmmalara qərq olur.
Araşdırmalar göstərir ki, heç də hər zaman itmiş və ya oğurlanmış telefonu tapmaq mümkün olmur. Bunun da müxtəlif səbəbləri var. Misal üçün, bu cür hallarla rastlaşan vətəndaş ya bu barədə aidiyyəti qurumlara gec müraciət edir, ya da kimlərsə, tərəfindən tapılan telefonun mühafizə sistemi hakerlərin köməkliyilə sındırılır və İMEİ kodu dəyişdirilərək yenidən işlənmiş telefon kimi satışa çıxarılır.
Təəssüflər olsun ki, çox vaxt bundan qorunmaq istəsək də, bəzən kiminsə, telefonuna sahib çıxmış oluruq. Maraqlıdır bəs şəhərdəki telefon satışı dükanlarında satıcılar bu cür telefonları alarkən əsas nəyə diqqət yetirirlər.
"İlk öncə şəxsiyyətini təsdiq edən sənədi tələb edirik və onun surətini çıxarırıq. Eyni zamanda İMEİ kodunu və imza atdırırıq. Həmin şəxslə əlaqə saxlamaq məqsədilə telefon nömrəsini götürürük. Əgər telefonu satarkən bir problem yaranarsa, o zaman bu barədə polisə müraciət edirik", - deyə satıcı Şamil Kərimov bildirib.
Amma razılaşmaq lazımdır ki, heç də bütün satıcılar belə etmir. Telefonu ucuz almaq naminə heç bir sənəd təqdim etmədən alqı-satqı prosesini həyata keçirirlər. Bəs bütün bu prosseslərin qarşısını necə almaq olar.
Milli.Az ANS TV-yə istinadən xəbər verir ki, ilk öncə bunun üçün Rabitə və Yüksək Texnalogiyalar Nazirliyində "qaynar xətt" möcuddur ki, siz 17 66 və daxili nömrə 5-i yığmaqla itmiş və ya oğurlanmış telefonunuz haqda məlumat verə bilirsiz.
Bu zaman abunəçinin zəngi qeydə alınır və müraciəti araşdırılır. Onun İMEİ kodu müəyyənləşdirilərək, 24 saat ərzində şəbəkədə istismarına məhdudiyyətlər qoyulur. Həmin cihaz nəzarətə götürülür.
Telefondan digər bir şəxs istifadə etdiyi təqdirdə, mövcud qaydalara əsasən nazirlik tərəfindən, həmin telefon itirilmiş olması və dərhal yaxınlıqdakı polis məntəqəsinə müraciət olunması barədə sms göndərilir. Eyni zamanda, polisə itmiş telefonunuz barədə müraciət etməniz də vacibdir. Çünki polis axtarış prossesini nazirliyin operatorundan aldığı məlumatlar əsasında aparır.
"Ümumiyyətlə, itmiş telefon barədə vətəndaş respublikanın bütün ərazilərində fəaliyyət göstərən polis bölmələrinə müraciət edə bilər. Vətəndaşın müraciəti əsasında polis bunula bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məlumat verir. Həmin məlumatlar əsasında itirilmiş cihazların şəbəkədən istismarına məhdudiyyət tətbiq olunur. Həmin cihaz tapıldıqdan sonra yenidən aktivləşdirilir", - deyə nazirliyin baş məsləhətçisi Zakir Qasımov qeyd edib.
Əgər siz aldığınız telefonun itirilmiş və ya oğurlanmış olmasından şübhə edirsizsə, o zaman telefonunuzdan *dyes 06 dyes yes nömrəsinə göndərməklə, İMEİ kodu əldə edib 16 77-ə sms göndərirsiz.
Qısa zamanda sizə gələn cavabdan telefonunuzun itirilmiş və ya oğurluq olub-olmaması haqda bütün məlumatlarları əldə edə biləcəksiz.
Amma bütün hallarda alqı-satqı prossesində diqqətli olmanız məsləhət görülür.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.
DİGƏR XƏBƏRLƏR
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO
-
Türk xanımın azərbaycanlı taksi sürücüsü barədə dedikləri VİRAL OLDU: "Həyatım boyu unutmayacağam" - VİDEO
-
Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə veriləcək
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq OLUNUR?
XƏBƏR LENTİ
-
Bu BÜRCLƏR ilin sonuna qədər yeni İŞ TAPACAQLAR
-
Magistraturalara qəbul imtahanının ikinci cəhdi keçirildi
-
Sağlamlığa ən az ziyan vuran çörək BUDUR
-
“Bavariya”dan yeni REKORD
-
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
Afət Kəmalə Günəşlinin həmin VİDEOsundan danışdı
-
Sabah da intevsiv yağış yağacaq
-
İlham Əliyev Oljas Süleymenovu təbrik edib
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
WUF13-də Vətəndaş Təşəbbüsləri və Vətəndaş Cəmiyyəti Təşkilatlarının Assambleyasının açılış sessiyası keçirilir
-
Bakı beynəlxalq miqyasda digər şəhərlərə nümunə ola bilər - CAR rəsmisi
-
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Türk müğənni qalmaqallı bələdiyyə sədrinə ƏRƏ GEDİR - FOTO
-
Ağır QƏZA: 3 ölü və yaralılar var - FOTOlar
-
İntensiv yağışın fəsadları aradan qaldırılır - FOTO
-
Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib - Anar Quliyev
-
Mourinyo "Real" üçün "Barselona"nın bu oyunçusunu İSTƏYİR
-
Pakistanlı nazir: Azərbaycan qlobal şəhərsalma həllərində liderlik nümayiş etdirir
-
WUF14 Mexikoda keçiriləcək
-
Kəmalə Günəşlinin arxiv VİDEOsu yayıldı: "Yenə pul qoyurdular..." - VİDEO
-
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
-
Türk məşhur Sumqayıta gəlib, izləyicilərini Afrikadadır deyə, ALDATDI - FOTOlar
-
AZAL: Naxçıvan Beynəlxalq Hava Limanı ilə bağlı yayılan görüntülər həqiqət deyil - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO







