Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tarif Şurası suyun, poçt xidmətlərinin və gediş haqlarının qiymətlərini qaldırdı
31 Yanvar 2011 20:32
Baxış: 2 124
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Milli.Az xəbər verir ki, iclasda aidiyyəti dövlət qurumlarının müraciəti əsasında bir neçə sahə üzrə tariflərə baxılmış və müvafiq qərarlar qəbul olunub.
Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan "Azərpoçt" MMC (milli operator) tərəfindən göstərilən universal poçt xidmətlərinin tariflərinə baxılmış, daxili və beynəlxalq məktub korrespondensiyaları və bağlamalar üzrə xidmətin növündən asılı olaraq yeni tariflər müəyyənləşdirilib. Yeni tariflər daxili universal poçt xidmətləri üçün 20 qəpiklə 2 manat arasında dəyişir. Beynəlxalq poçt göndərişlərində isə hər bir ölkə üzrə baza tarifləri və çəkiyə görə tariflər müəyyən edilib.
Milli.Az-a daxil olan məlumatda bildirilir ki, "Azərsu" Səhmdar Cəmiyyətinin müraciətinin Tarif (qiymət) Şurasında aparılmış müzakirəsindən sonra 1 m3 suyun maya dəyərinin tariflərdən xeyli aşağı olması nəzərə alınaraq tariflərə yenidən baxılmış, sudan istifadə xidmətlərinin tarifləri ƏDV daxil olmaqla əhaliyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 m3 üçün 30 qəpik, digər regionlarda 25 qəpik, qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 manat, tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali qrupu üzrə 6 qəpik, digər istifadəçilər üçün 30 qəpik səviyyəsində müəyyən edilib.
Sudan xammal kimi istifadə edən istehlakçılar üçün isə tariflər dəyişdirilməmiş, hazırki səviyyədə saxlanılmışdır. Bununla yanaşı, əhali istehlakçı qrupunda sayğacsız abonentlər üzrə bir nəfər üçün aylıq istehlak norması 6 m3-dən 5 m3-ə endirilmişdir.
Tarif (qiymət) Şurasının iclasında "Azərbaycan Dəmir Yolları" QSC-nin müraciəti əsasında ölkədaxili sərnişindaşıma xidmətlərinə də baxılıb, marşrutlar üzrə biletlərin qiymətləri vaqonun tipindən asılı olaraq müəyyənləşdirilib. Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir. Tariflərə yataq dəstinin dəyəri də daxil edilib. Sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunub. Qərar qəbul edilərkən 1997-ci ildə təsdiq edilmiş mövcud ölkədaxili sərnişindaşıma tariflərinin bu xidmətlərə çəkilən xərclərdən dəfələrlə aşağı olması nəzərə alınıb.
Aparılmış təhlillər göstərir ki, yeni tariflər qonşu dövlətlər və MDB ölkələrinin uyğun tarifləri ilə müqayisədə aşağı səviyyədə olacaq.
Yeni tariflər 1 fevral 2011-ci il tarixindən qüvvəyə minəcəkdir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
-
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub - (Foto)
-
Müctəba Xameneidən sərt mesaj: Qisas mütləq alınacaq
XƏBƏR LENTİ
-
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Dmitri Breykin vəfat etdi