Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ramil Usubov: "Nədən yeniyetmə qızları elmə yox, cəhalətə sürükləyirlər?"
28 Yanvar 2011 13:00
Baxış: 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ramil Usubov: "Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq, öz potensialını xalqın, dövlətin inkişafına yönəltmək"
"Etiqad azadlığının hökm sürdüyü mütərəqqi mühiti gözü götürməyənlər indi yeni bir iddia ortaya atıblar: orta məktəblərin qız şagirdləri dərsə baş örtüyü ilə gəlməlidir. Belə yanaşma dünyəvi, sivil cəmiyyətə xas dəyərlər baxımından yolverilməzdir". Milli.Az portalı xəbər verir ki, bu fikirləri "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.
Nazir bildirib ki, orta məktəb şagirdləri üçün vahid geyim forması müəyyən edilib. Kim öz övladının başını örtmək istəyirsə, məktəbdən kənarda, məişətdə, evində bunu icra edə bilər.
"Azərbaycanda hər bir dinin təmsilçisinə dini ayinləri icra etməyə, libası geyməyə maneə yoxdur, baş örtüyündən istifadədə də sərbəstdirlər"
"Azərbaycan qadınına məcburən baş örtüyü bağlatmaq istəyənlər heç onların fikrini soruşurlarmı, mövqeyini öyrənirlərmi? Nədən valideyn iradəsinə tabe olan, hələ müstəqil şəxsiyyət kimi tam formalaşmamış yeniyetmə qızları elmə və cəmiyyət həyatında daha faydalı olmağa yox, əksinə cəhalətə, iki-üç əsr öncəki duruma, geriyə sürükləyirlər? Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq, öz potensialını xalqın, dövlətin inkişafına yönəltmək. Müasir Azərbaycanda qadının rolu, cəmiyyətdəki mövqeyi daha yüksəkdir və onun azadlığının, tamhüquqlu vətəndaş olma haqqının real təminatı var. Bu gün Azərbaycan qadını öz yüksək mənəvi keyfiyyətləri, ailəsinə bağlılığı, şərəfi, qüruru, namusu ilə milli iftixarımızdır" - deyə, nazir əlavə edib.
R.Usubov qeyd edib ki, Azərbaycan bu gün mədəniyyətlərin, dinlərin, o cümlədən konfessiyaların dinc yanaşı yaşadığı, qarşılıqlı anlaşmasının yüksək səviyyədə olduğu bir dövlətdir. Ölkədə hər hansı bir dinin təmsilçisinə onun inancının buyurduğu dini ayinləri icra etməyə, libası geyməyə maneə yoxdur. Bu mənada, qadın və qızlarımız da baş örtüyündən istifadədə sərbəstdirlər və buna hansısa qadağa yoxdur.
Daxili işlər naziri ekstremizm ehtimallarına da toxunub:
"Antiazərbaycançı şəbəkə bilməlidir ki, onun dövlətimizə və xalqımıza qarşı yönəlmiş hər bir bədnam planı həmişə olduğu kimi, bundan sonra da uğursuzluğa düçar olacaq. Bununla belə, mövcud demokratik şəraitdən sui-istifadə edən bir sıra yerli radikal dini qruplar xarici havadarlarının təhriki ilə ölkəni sivil, dünyəvi inkişaf yolundan döndərməyə cəhdlər göstərirlər. Lakin respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının sayıqlığı nəticəsində bu əməllər və məkrli niyyətlər ifşa olunmuş və müvafiq tədbirlər davam etdirilir" - deyə nazir əlavə edib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bakının 3 əsas yolunda hərəkət tam məhdudlaşdırılır - Xəbərdarlıq
-
Binanın altında mərasim evi açılır: Sakinlər etiraz edir
-
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - (Foto)
-
Paytaxtda növbəti daxili iməclik keçirilib - (Foto)
-
Sabah 38 dərəcə isti olacaq
-
Xameneinin tabutunu daşıyan gizli şəxs kim idi?
XƏBƏR LENTİ
-
Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı
-
Bakının 3 əsas yolunda hərəkət tam məhdudlaşdırılır - Xəbərdarlıq
-
Binanın altında mərasim evi açılır: Sakinlər etiraz edir
-
Trampın açıqlamasına İrandan cavab gəldi
-
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - (Foto)
-
Tbilisidə azərbaycanlı qadının qatili saxlanılıb - (Video)
-
PSJ “Barselona”nın ulduz futbolçusunu transfer edir
-
Paytaxtda növbəti daxili iməclik keçirilib - (Foto)
-
Xaçmazda avtomobil gölə düşdü: Sürücü öldü
-
Masallıda atdan yıxılan kişi öldü
-
Sabah 38 dərəcə isti olacaq
-
“Azeri Light” nefti ucuzlaşdı
-
"Netflix" yeni yayımlara hazırlaşır
-
Xameneinin tabutunu daşıyan gizli şəxs kim idi?
-
ABŞ İrana qarşı yeni sanksiyalar elan etdi
-
Bakıda iki motosiklet toqquşdu: 22 yaşlı sürücü həlak oldu - (Video)
-
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb
-
Prezidenti İlham Əliyev Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib - (Foto)
-
FHN həftəsonu çimərliklərə gedənlərə xəbərdarlıq edib
-
Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub - (Foto)
-
Uşaq niyə ən çox anasına aqressiya göstərir?
-
Ucarda yeniyetmə kanalda batdı
-
Azərbaycan Monteneqronun qəsdən adam öldürmə işi üzrə hüquqi yardım sorğusunu icra edib
-
Suda boğulan şəxsə necə kömək etmək lazımdır?