Cəmiyyət

Yaxın günlərdə hava necə olacaq?

24 Yanvar 2011 12:31
Baxış: 390
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, cənub-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gündüz 8-11, axşam 4-6 dərəcə isti olacaq.

Yanvarın 25-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 10-14 dərəcə isti olacaq.

Yanvarın 26-da havanın arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, səhər və gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6, gündüz 12-14 dərəcə təşkil edəcək.

Yanvarın 27-də axşam buludluluğun artacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, arabir güclənəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

Yanvarın 26-27-də havanın əsasən yağmursuz olacağı, lakin 27-də axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək, 27-də qərb küləyi 5-10 m/s, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında gözlənilən mülayim hava şəraiti müsbət amil olsa da, arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.