Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev Rusiya Prezidenti Administrasiyasının rəhbərini qəbul edib - FOTO
22 Yanvar 2011 19:41
Baxış: 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib.
Dövlətimizin başçısı Rusiya Prezidenti Administrasiyası rəhbərinin ölkəmizdəki bütün görüşlərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi. Bu il Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq mərhələsində işləri daha da aktivləşdirməyin zəruriliyini vurğulayan Prezident İlham Əliyev Forumun yeni statusda keçiriləcəyini dedi. Bu tədbirlərin təkcə Rusiya-Azərbaycan deyil, həm də beynəlxalq xarakter daşıyacağını deyən dövlətimizin başçısı bu prosesin əsasının Azərbaycan və Rusiya tərəfindən qoyulduğunu, ölkələrimizin təsisçi və təşəbbüskar ölkələr olduğunu qeyd etdi.
Azərbaycan ilə Rusiya arasında münasibətlərin geniş sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevlə görüşlərinin önəmini vurğuladı, bu görüşlərdə əlaqələrimizin inkişafı ilə bağlı bütün məsələlərin operativ və konstruktiv şəkildə həll edildiyini bildirdi. Prezident İlham Əliyev Rusiya Prezidentinin ölkəmizə son səfəri çərçivəsində bir sıra mühüm razılıqların əldə edildiyini dedi. Xəzəryanı ölkələrin Bakı sammitinin çox yüksək səviyyədə keçirildiyini deyən dövlətimizin başçısı regional məsələlərdə də ölkələrimiz arasında tam qarşılıqlı anlaşmanın olduğunu vurğuladı. Prezident İlham Əliyev Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkinin ölkəmizə səfərinin 2011-ci ildə ikitərəfli münasibətlərimizin inkişafına öz töhfəsini verəcəyini dedi.
Sergey Narışkin Rusiya Prezidenti Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkələrimiz arasında əməkdaşlığa toxunan Sergey Narışkin yüksək səviyyəli əməkdaşlığın iqtisadi və siyasi sahələrdə böyük perspektivə malik olduğunu dedi. Rusiya ilə Azərbaycan arasında humanitar sahədə də geniş proqramın həyata keçirildiyini bildirən Sergey Narışkin Azərbaycan Prezidentinin rəhbərliyi ilə keçirilən və artıq beynəlxalq Foruma çevrilən bu tədbirin nəinki ikitərəfli, hətta çoxtərəfli münasibətlərimizin formatında böyük hadisə olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Rusiya Prezidenti Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiyanın dövlət başçısına çatdırmağı xahiş etdi.
/AzərTAc/

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Sabah Abşeron çimərliklərində külək güclənəcək
-
Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub - (Foto)
-
Müctəba Xameneidən sərt mesaj: Qisas mütləq alınacaq
XƏBƏR LENTİ
-
Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşanın Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşdən videoçarx paylaşılıb
-
Süni intellekt bəşəriyyəti dörd günə məhv edə bilər - İDDİA
-
Çin aviaşirkətləri tayfun səbəbindən 2800 reysi ləğv etməyi planlaşdırır
-
Matçda təhqiramiz ifadələr işlədən aktyor cərimələndi
-
Bu aylarda doğulan insanlar taleyini dəyişmək üzrədirlər
-
Prezident İlham Əliyev: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
-
Qaradağda ağır qəza - Ölən və yaralananlar var
-
Prezident İlham Əliyev: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
-
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
-
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
-
Prezident İlham Əliyevin Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - (Video)
-
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib?
-
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
-
Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü
-
Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
-
"Real" klubu Vinisius Junior ilə yeni müqavilə barədə razılığa gəlib
-
Türkiyədə kişi çağırışa gedən polisi güllələyib öldürdü
-
Prezident İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - (Foto)
-
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - (Video)
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
-
Dmitri Breykin vəfat etdi