İstismar müddəti başa çatmış binalar - NƏ ETMƏLİ?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Istismar müddəti başa çatmış binalarda yaşayanlara tikinti şirkətləri dəstək ola bilərmi?
Paytaxtda bəzi köhnə panel binaların söküləcəyi ilə bağlı da fikirlər dolaşır. Məsələn, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 6 saylı 5 mərtəbəli binanın sakinləri köçürüləcəklərini deyirlər. Ortada konkret fakt, göstəriş, xəbərdarlıq yoxdur. Kimisi deyir bina qəzalı vəziyyətdədir ona görə, kimisi deyir bina plana düşüb ona görə söküləcək. Hətta bəziləri bir qədər də irəli gedərək deyirlər ki, söküləcək binanın sakinləri yeni binalarda mənzillərlə təmin olunacaqlar. Amma...
Bakıda SSR dövründə tikilmiş binaların üzlənməsi, kommunikasiya xətlərinin yenilənməsi, həyət-bacalarda abadlıq işlərinin aparılması işləri davam etdirilir. Bu işlər əsasən şəhərin mərkəzi əraziləri və ora yaxın yerlərdə aparılır. Lakin paytaxtda yaşayan hər kəsdə bir ümid var ki, bir gün növbə onların yaşadıqları ünvana da çatacaq.
Bir də var, Bakıda istismar müddətini başa vurmuş binalar. Şəhərin bir çox yerlərində bu cür tikililərə rast gəlmək mümkündür. Bu binalar arasında yaşı yüzdən çox olanlar da var. Bu cür binalarda yaşayanlarla söhbət edəndə görürsən ki, hər biri müxtəlif fikirlər səsləndirir. Kimisi binaların söküləcəyini və əvəzində kompensasiya veriləcəyini, kimisi yeni mənzillərə köçürüləcəklərini, kimisi də binaların özülündə bərkitmə işləri aparılaraq yenilənəcəyini deyir. Amma bu deyilənlərin hansının doğru, hansının yanlış olduğunu heç özləri də bilmirlər. Ümumiyyətlə, bu məlumatların kökünün haradan gəldiyini soruşanda, birmənalı cavab verən tapılmır. Biri deyir, qonşulardan eşitmişəm, başqası deyir, televiziyadan və s. Amma ortada konkret fakt yoxdur. İllər öncə fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında Bakıda çoxlu sayda istismar müddətini başa vurmuş tikililərin olduğunu söyləmişdi. Doğrudur, sonradan həmin binaların xeyli hissəsi, xüsusən də şəhərin mərkəzində yerləşənlər təmir olundu, bərkitmə işləri aparıldı və s. Nazirin sözlərinə görə, köhnə binaların bir qismi sovet illərində, digərləri isə daha əvvəl istifadəyə verilib.
Qəribədir ki, paytaxtda bəzi köhnə panel binaların söküləcəyi ilə bağlı da fikirlər dolaşır. Məsələn, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən 6 saylı 5 mərtəbəli binanın sakinləri köçürüləcəklərini deyirlər. Ortada konkret fakt, göstəriş, xəbərdarlıq yoxdur. Kimisi deyir, bina qəzalı vəziyyətdədir ona görə, kimisi deyir, bina plana düşüb, ona görə söküləcək. Hətta bəziləri bir qədər də irəli gedərək deyirlər ki, söküləcək binanın sakinləri yeni binalarda mənzillərlə təmin olunacaqlar. Amma deyilənlər hələ ki sözdən başqa bir şey deyil.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktor müavini Nizami Yusifov bu yaxınlarda mətbuata açıqlamasında Bakıda panel beşmərtəbəli binaların ("Xruşşovka") kütləvi şəkildə sökülməsinin gözlənilmədiyini söyləyib: "Bakıda hələ də 80-100 yaşı olan binalar qalır və onlar texniki, mühəndis tələblərinə cavab vermirlər. İlk növbədə, bu binalar və onların sakinləri üçün risklərin azaldılması barədə düşünmək lazımdır".
Xatırladaq ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında yaradılıb. İnstitutun fəaliyyət istiqamətləri bina və qurğuların yeni, əlverişli və etibarlı konstruktiv həllərinin işlənməsi, tikintidə tətbiqi, müxtəlif təyinatlı inşaat konstruksiyalarının tədqiqatı və mühəndis hesabat üsullarının işlənməsi, habelə təbii fəlakətlərin (zəlzələ, torpaq sürüşmələri, sel və s.) təsirlərindən yerdəyişmələrə məruz qalmış və qəzaya uğramış bina və qurğuların müayinəsi və gücləndirilməsi və şəhərsalma prinsiplərinin yerli iqlim və sosial-ictimai şəraitə uyğun təkmilləşdirilməsi, memarlığın yeni mütərəqqi üsullarının və milli ənənələrinin tədqiqidir.
Millət vəkili İqbal Ağazadə isə istismar müddətini başa vurmuş binalarla bağlı maraqlı təkliflə çıxış edib. O, Milli Məclisdə çıxışı zamanı bildirib ki, dövlət istismar müddətini başa vurmuş binalarla bağlı xüsusi qərar qəbul etməlidir, ya iş adamlarına təklif olunmalıdır, onlara verilməlidir: "Binalar tam şəkildə tikilməlidir. Məsələn, 9 mərtəbəli binadırsa, 16 mərtəbəli bina tikilməlidir, 9 mərtəbəyə həmin adamlar köçürülməlidirlər ki, normal binada yaşaya bilsinlər, digər 7-8 mərtəbə isə iş adamına verilməlidir".
Doğrudan da bu yanaşmanı dəyərləndirmək olar, ancaq başqa problemlər ortaya çıxmasa. Məsələn, konstruktor Xalid Nəcəfov jurnalistlərə açıqlamasında bildirib: "Tikinti şirkəti bir kvartalı alanda, ona bitişik ərazilərdə yaşayanlar deyirlər ki, mənim evimin bir kvadratmetri, məsələn, 10 min manatdır. O birisi isə 25 min deyir. Hərə bir rəqəm söyləyir. Bu məsələnin reallaşmamasında vətəndaşlar özləri də günahkardırlar. Yəni dövlət səviyyəsində bu məsələ həll olunmalı idi. Moskvada tikinti şirkətləri binaları məhələlərlə tikirlər. Orada tikinti şirkətləri gəlib məhəlləyə girir və vətəndaşlara deyir ki, Baş plana uyğun olaraq, siz köçürülürsünüz, bu da sizin yeni mənzilləriniz. Yəni həmin sakinlərə şəhərin ev fondundan mənzil verilir. Və bundan sonra həmin məhəllədə bina inşa edirlər. Bizdə də şəhərin mənzil fondu yaradılmalıdır. Yəni tikinti şirkətləri, əvvəlcə, bina inşa etməli və ora söküləcək mənzillərin sahibləri yerləşdirilməlidirlər".
Bəzi vətəndaşlar da var ki, onlar yeni tikililərdə yaşamaq istəmədiklərini deyirlər. Kimisi bunu həmin binalara güvənməməsi ilə əlaqələndirir, kimisi də yuxarı mərtəbələrdə yaşamaq istəməməsi ilə.
Müvafiq qanunvericilikdə tikinti obyektinə dair tələblər isə belədir. İlk növbədə, binalar sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir. İstismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır. Səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir. Amma köhnə tikililərin əksəriyyətinin bu tələblərə cavab vermədiyi hər kəsə aydındır.
DİGƏR XƏBƏRLƏR
-
Bugünkü qəzada ölənlər hərbçilər imiş - FOTO
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb - FOTO
-
Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Bu il Azərbaycanda 100-dən artıq modul məktəbin tikintisi nəzərdə tutulur - Nazir
-
Bu şəxslərə qayğanaq yemək OLMAZ
XƏBƏR LENTİ
-
4 serial birdən finala gedir
-
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
-
"Qızım bizi sevindirdi"
-
Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil
-
İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
"8 ildir nəvələrimə mən baxıram"
-
Azərbaycan cüdoçuları Avropa Kubokunda 9 medal qazanıblar
-
Elşad Xose xanımı ilə - FOTO
-
"Turan Tovuz" avrokuboka vəsiqəni təmin edib
-
Bugünkü qəzada ölənlər hərbçilər imiş - FOTO
-
"Çelsi"ni sabiq futbolçusu çalışdıra bilər
-
Almaniya Putinin bu tələbini rədd etdi
-
Daha bir ölkədə hantavirusa yoluxma qeydə alındı
-
Antarktida sürətlə əriyir
-
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilandan video paylaşıb - VİDEO
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb - FOTO
-
Pakistanda terror aktı nəticəsində 14 polis həlak olub
-
Kilian Mbappe oyunda oynamayacaq
-
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO
-
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO
-
Ukraynanın əhalisi 25 milyona düşüb
-
Qətər sahillərində gəmi vuruldu
-
Yasamalda evdə YANĞIN





