Cəmiyyət

25 ildir yağış suları ilə mübarizə aparır

4 May 2015 17:44
0 Şərh     Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə iki gün öncə yağan güclü yağış şəhər ərazisində bir sıra fəsadlara yol açıb. Bəzi fərdi təsərrüfatlara ziyan dəyib.
 

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəkidə yağan güclü yağış nəticəsində şəhərin Məmməd Əmin Rəsulzadə prospektindəki evlərdən birinin həyətinə su dolub. Ev 18-də yaşayan Tahir Rəhimovun sözlərinə görə, bu həyətdən keçən su arxı kanalizasiya və məişət tullantılarını da özü ilə bərabər gətirib.

Nəticədə həyətyanı sahədə 6 sot təsərrüfat yararsız vəziyyətə düşüb. Tahir Rəhimov deyir ki, oxşar problemlə 25 ildir ki, üz-üzədir. Bu barədə dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, nəticə hasil olmayıb. Məsələ ilə bağlı Şəki Bələdiyyəsinə üz tutduq. Qurum rəsmisi vəziyyətdən xəbərdar olduqlarını və yaxın zamanda problemin həllini tapacağını bildirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.