Cəmiyyət

Hava şəraiti dəyişir: temperatur enəcək

4 May 2015 13:01
3 Şərh     Baxış: 7 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah ölkədə yağış yağacağı, temperaturun bir neçə dərəcə enəcəyi gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında mayın 5-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da mayın 5-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.