Cəmiyyət

Şəmkirə yeni polis rəisi təyin olunub

4 May 2015 12:41
0 Şərh     Baxış: 5 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şəmkir Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub. Kəpəz TV-nin (Region TV) məlumatına görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə Cəmil Əmirov təyinat alıb. Cəmil Əmirov bundan əvvəl Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Daxili işlər nazirinin digər əmri ilə Şəmkir Rayon Polis İdarəsinin sabiq rəisi Şükür Mehdiyev isə Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub.

DİN-in mətbuat xidməti Kəpəz televiziyasına faktı təsdiqləyib.

Milli.Az 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.